Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kamikadze
Kamikadze (yap. 神風, "ilahi külək"; kami — "ilah", kadze — "külək"; rəsmi adı Tokubetsu Kogekitay (特別攻撃隊), Tokko Tay (特攻隊) və ya Tokko (特攻)) — İkinci dünya müharibəsinin son dövrlərində Sakit okeandakı hərbi əməliyyatlarda ABŞ donanmasına qarşı istifadə olunan yapon intiharçı pilotlarına verilən ad. "Kamikadze" — daha geniş məna ifadə edən və təkcə pilotları yox, bütün intiharçıları nəzərdə tutan tokkotay adlı başqa bir yapon termininin tərkib hissəsidir. İlkin olaraq "kamikadze", yəni "ilahi külək" 1274 və 1281-ci illərdə monqol xanı Kubilayın Yaponiyanı ələ keçirmək üçün göndərdiyi donanmanı məhv edən tayfuna verilən addır. == Xarici keçidlər == Vikianbarda Kamikadze ilə əlaqəli mediafayllar var. "Kamikadze. İmperator uğrunda yeddi həyat." Arxivləşdirilib 2005-03-10 at the Wayback Machine Yapon və amerikan təsəvvüründə kamikadze obrazı Arxivləşdirilib 2012-01-06 at the Wayback Machine Kamikadzelər haqda şəxsi sayt Dənizin səsləri. Kamikadzelərin vida məktubları.
Kamikadze (kokteyl)
Kamikadze bərabər hissələrdə vodka, tripl-sek və laym şirəsindən hazırlanır. Qarnir adətən bir meyvə dilimi və ya laym bükümüdür. Kamikaze (神風) yapon sözü olub, hərfi mənası “ilahi külək” deməkdir. Bu gün onlayn verilənlər bazalarında onlarla variasiya mövcuddur. Bəziləri şəkər qamışı əlavə edir. == Hazırlanması == Tərkibi: 30 ml vodka 30 ml tripl-sek 30 ml təzə sıxılmış laym şirəsi Hazırlanma üsulu: çalxalayın və süzün. Tərkiblər (komponentlər) qarışdırıcı stəkanda (şaykerdə) qarışdırılır, çalxalanır, sonra kokteyl şüşəsinə və ya Martini badəsinə süzülür.
Kamikaze
Kamikaze — amerikalı reper Eminemin 31 avqust 2018-ci il tarixində işıq üzü görmüş 10-cu studiya albomudur. Albomda yer alan mahnılarda Eminem, əsasən, ''Mumble rap'' ifaçılarını (Lil Pump, Lil Xan, Migos və s.) tənqid etməklə diqqət çəkir. == Mahnı siyahısı == == Sempllar == "Greatest" mahnısında Kendrik Lamar tərəfindən yazılmış və ifa olunmuş "Humble" mahnısının sample-ı istifadə olunub.