Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Antigen
Antigenlər (yunan dilindən “anti” - əks + “genes” – doğan) - orqanizm üçün yad cisim olub, özünə qarşı spesifik immun reaksiyası yaradan maddələrdir. Bu reaksiyanın nəticəsi kimi orqanizm tərəfindən anticimlər sintez olunur. Antigenlər və antitellər həm in vitro, həm də in vivo daxilində bir-birinə qarşılıqlı təsir etmək qabiliyyətinə malikdirlər. Canlı orqanizmlərin bütün makromolekulyar komponentləri antigen xüsusiyyətinə malikdir. Antigenlər müəyyən bir növün bütün fərdləri, yaxud bu növün müəyyən bir qrupunun bəzi fərdləri üçün ümumi ola bilər. İmmun reaksiyası yaratmaq qabiliyyəti və yaratdığı reaksiyaların forması (antitel yaratmaq, hüceyrə immuniteti, allergiya və s.) fərqli ola bilər. Antigenlər yalnız, onların öz təsiri altında yaranmış anticisimlərlə birləşə bilir. == Xassələri == Antigenlər yad cismlik dərəcəsindən, kimyəvi təbiətindən (zülal, yaxud polisaxarid), dozasından və orqanizmə hansı formada daxil olmasından və s.-dən asılıdır. Antigenlər antitelllərlə və hüceyrə ilə öz molekullarının bir-birinə toxunan müəyyən bir hissəsi vasitəsilə qarşılıqlı təsirə məruz qalırlar. Antigenlərin yad cisim təbiətinin təyini, onun “özününkü”, yaxud “özgəninki” olmasını müəyyənləşdirmək canlı orqanizmlərə məxsus universal xüsusiyyətlərdən biridir.
Kantuen
Kantuen (fr. Cantoin, oks. Cantoenh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sent-Jenevyev-syur-Arjans kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12051. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 19 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 320 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 208 nəfər arasında (15-64 yaş) 147 nəfər iqtisadi fəal, 61 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.7%, 1999-cu ildə 58.0%).
Riçard Kantilyon
Riçard Kantilyon (ing. Richard Cantillon; 1670-ci illər[…] və ya 1680, Kerri[d] – 14 may 1734, London) — İrlandiya və Fransa iqtisadçısı, Uilyam Stenli Cevons tərəfindən "siyasi iqtisadiyyatın beşiyi" olaraq qəbul edilən "Ticarətin təbiəti haqqında ümumi oçerk" (fr. Essai sur la Nature du Commerce en Général) kitabının müəllifi. Kantilyonun həyatı haqqında az məlumat olsa da, gənc yaşlarından müvəffəq bir bankir və tacir olduğu məlumdur. Müvəffəqiyyəti, əsasən, ailəsi və onu ilk işə götürən Ceyms Brics vasitəsilə qurduğu siyasi və işgüzar əlaqələrin nəticəsi idi. 1710-cu illərin sonu və 1720-ci illərin əvvəllərində Kantilyon spekulyasiya etdi və daha sonra böyük sərvət əldə edəcəyi Con Loun Mississipi Company şirkətini maliyyələşdirdi, lakin müvəffəqiyyəti öldüyü 1734-cü ilə qədər borcluları tərəfindən qaldırılan məhkəmələr, cinayət ittihamları və hətta öldürmə planlarına səbəb olaraq, onu rahat qoymadı. Oçerk Kantilyonun iqtisadiyyat elminə verdiyi yeganə töhfə olaraq qalır. Əsər 1730-cu illərdə yazılmış və geniş əlyazmalar şəklində yayılsa da, 1755-ci ilə qədər nəşr olunmamışdır. Təxmini 1770-ci illərin sonlarında Qaspar Melçor de Covellanos tərəfindən ispan dilinə tərcümə edilmiş "Ticarətin təbiəti haqqında oçerk" iqtisadiyyat üçün vacib ədəbiyyat hesab edilmişdir. Oçerk fiziokratiyanın və klassik iqtisadi məktəblərin erkən inkişafına çox böyük təsir göstərməsinə baxmayaraq, 19-cu əsrin sonlarında Cevons tərəfindən yenidən kəşf edilənə qədər diqqətdən kənar qalmışdı.
Sen-Kanten
Sen-Kante — Fransanın şimalında O-de-Frans regionunda bir şəhərdir. Ena departamentinin ən böyük şəhəridir. Lillyadan 107 km cənubda və Parisdən 150 km şimal-şərqdə yerləşir. Somma çayının sağ sahilindədir. Əhalisi 55878 nəfərdir (2014) Şəhər III əsrdə xristian Kvintinin şərəfinə adlandırılıb. Şəhər o zaman indiki ərazisidən 11 km aralıda yerləşirdir. Kral dövründən sonraa şəhər əsas ipəkçilik mərkəzi oldu. XV vəba xəstəliyi zamanı Fransa kralı və Burdund hersoqaniya burada vəfat edir.
Sen-Kanten-Fallavye
Sen-Kanten-Fallavye (fr. Saint-Quentin-Fallavier) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38449. Kommunanın 2012-ci il üçün əhalisi 5932 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 206 ilə 364 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 26 km cənub-şərqdə, Qrenobldan 70 km şimal-qərbdə yerləşir. Əhalinin dinamikası (INSEE): Sen-Kanten-Fallavyedə terror aktı 26 iyun 2015-ci ildə Air Products şirkətində baş verdi .
Sen-Kanten (rayon)
Sen-Kanten (fr. Saint-Quentin) — Fransanın O-De-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ena (departament). Suprefektura — Sen-Kanten. Rayon əhalisi 2014-cı ildə 130 918 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 122 nəf / km². Rayon sahəsi — 1 071 km².
Sen-Kanten-syur-İzer
Sen-Kanten-syur-İzer (fr. Saint-Quentin-sur-Isère) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tyullen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38450. Kommunanın 1999-cu il üçün əhalisi 1 231 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 176 ilə 1 008 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 18 km şimal-qərbdə yerləşir.
Sen-Kanten-sür-İzer
Sen-Kanten-syur-İzer (fr. Saint-Quentin-sur-Isère) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tyullen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38450. Kommunanın 1999-cu il üçün əhalisi 1 231 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 176 ilə 1 008 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 18 km şimal-qərbdə yerləşir.