Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aranfilm
Aran Film Yaradıcılıq Mərkəzi və ya qısaca Aranfilm — 2016-2020-ci illərdə ARB Aran televiziyasının nəzdində fəaliyyət göstərmiş istehsalçı qurum. == Tarixi == Aran Film Yaradıcılıq Mərkəzi 2016-cı ildə ARB Aran televiziyasının nəzdində yaradılıb. Fəaliyyəti dövründə onlarla sənədli, elmi-kütləvi və araşdırma filmləri istehsal edib. Onların yüksək səviyyədə təqdimatı keçirilib. Bir çox festivallarda mükafatlara layiq görülüb. 2017-ci ildən qısametrajlı bədii filmlərin istehsalına başlanılıb. Azərbaycanın folkloru, memarlığı, mədəniyyəti, tarixində iz buraxmış mühüm hadisələri və görkəmli şəxsiyyətləri haqqında bir çox filmlərə imza atıb. Yaradıcılıq mərkəzində kino və televiziya sahəsində tanınan peşəkar mütəxəssislər fəaliyyət göstərmişdir. Qurumun direktoru İqbal Məmmədəliyev, bədii rəhbəri Tahir Tahiroviç olmuşdur. Aranfilm Yaradıcılıq Mərkəzi 2020-ci ildə fəaliyyətini dayandırmışdır.
Karantin
Karantin və ya Təhəffüz — xəstəliyə yoluxduğu şübhəli bilinən insan və ya heyvanları müəyyən bir ərazidə xəstəliyin yayılmaması üçün saxlanılmasıdır. Sözün kökü italyancadan gəlir. "qırx" (40) mənasını verir. XVI əsrdə Venesiya Respublikasının əsas gəlir mənbəyi dəniz ticarəti idi, buna görə də ölkəyə tez-tez başqa ölkələrdən gəmilər gəlirmiş. Başqa ölkərdən gələnlərin özləriylə xəstəlik gətirib şəhərdə yayılmaması üçün Venesiya dövləti gəmiləri 40 gün şəhər ətrafında saxlayırdı.
Cia Karanci
Cia Karanci (29 yanvar 1960, Filadelfiya, Pensilvaniya ABŞ) — 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində Amerikanın ilk supermodeli. Onun üzü bir cox jurnalların üz qabığında dərc etdirilmişdir. O model olmaq üçün Amerikaya 17 yaşı olanda gəlmişdir. Tezliklə bir çox əlçatmaz fotoqrafların sevimlisinə çevrildi. Çox gözəl bədənə və sinəyə malik olan Cia Karanci, hər kəsin sevimlisinə çevrildi. Kris von Vangenheim, Françesko Skavullo, Artur Elqort, Riçard Avedon kimi fotoqroflarla işləmişdi. Bodi Basiks, Kristian Dior, Kutex, Diane von Fürstenberq, Giorgio Armani, Lanketti, Levi's, Maybelline, Perry Ellis, Versace, Vidal Sassoon, Yves Saint Laurent kimi məşhur adlarla çalışmışdı. Onunla işləyən hər bir insan Cia-nin həddindən artıq enerjili və sadə olduğunu söyləyir. O yaşadığı müddətdə hər bir şeyə nail ola bilmişdi, yalniz bir şeydən başqa. Onun həmişə diqqətə və sevgiyə ehtiyacı olmuşdu.