Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kartofəzən
Kartofəzən — kartof püresi və alma püresi kimi yeməklər hazırlanarkən yumşaq ərzağı əzmək üçün istifadə edilən ləvazimat. Digər əzmə üsulları ilə müqayisədə kartofəzəndən istifadə etməklə əzilmiş kartof daha yumşaq və yüngül olur. Çünki bu mətbəx avadanlığı daha az nişasta buraxaraq kartofun formasının zədələnməsinin qarşısını alır. == Quruluşu == Kartofəzən şaquli və ya yanakı dəstəklə birləşən əzici başlıqdan ibarətdir. Başlıq çox vaxt yuvarlaq ziq-zaq şəklində böyük ölçülü mis hissədən və ya deşiklər və ya uzununa yarıqlardan ibarət olur. Əvvəllər taxtadan hazırlansa da, indi daha mürəkkəb dizaynlar tətbiq edilir. Taxtadan hazırlanan kartofəzəndən Şotlandiyada indi də istifadə olunur və "Kartof-pıspısa" və ya sadəcə "Pıspısa" adlanır. == İstifadəsi == Kartofəzəndən daha çox kartof əzmək üçün istifadə olunsa da, müxtəlif ərzaqları da əzmək üçün işlənə bilər. Daha çox ev mətbəxlərində tətbiq edilsə də, kommersial mətbəxlərdə də istifadə edilir. Peşəkar kommersial mətbəxlərdə istifadə edilən kartofəzənlərin ölçüsü böyük olur (eni 32 düymə qədər).