Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kanamara Matsuri
Kanamara Matsuri (かなまら祭り?, "Polad penislər festivalı") — Yaponiyanın Kavasaki şəhərində, Kanayama məbədində (金山神社, Kanayama-jinja) keçirilən şintoizm festivalı. Festivalın konkret keçirildiyi gün dəyişkəndir: əsas tədbirlər aprel ayının ilk bazar gününə düşür. Penis tədbirin əsas mövzusudur, özünü şəkillərdə, konfetlərdə, naxışlı tərəvəzlərdə, dekorasiyalarda və mikoşi paradlarında göstərir. Kanamara Matsuri yerli penis məbədində keçirilir. Əfsanəyə görə gənc bir qadının vajinasında gizlənmiş itidişli iblis (vagina dentata) iki kişinin toy gecəsində axtalamasına səbəb olmuşdur. Nəticədə, qadın bu problemi həll etmək üçün dəmirçidən kömək istəyir, dəmirçi iblisin dişlərini qırmaq üçün polad penis hazırlayır. Beləliklə, problem həll olunur. Əfsanə Bazil Hol Çemberleyn tərəfindən Aynu dilində "Qadınlar adası" adı ilə çap olunmuşdur. Kanayama məbədi zöhrəvi xəstəliklərdən qorunmağı arzu edən fahişələr arasında məşhurluq qazanmışdır. Deyilənlərə görə, məbəd biznesdə və klanda müvəfəqiyyət təklif edir: asan doğuş, evliklik və münasib evlilik.
Kamaran adası
Kamaran adası (ərəb. كمران‎) — Qırmızı dənizdə yerləşən Yəmənən məxsus olan ada. == Coğrafiyası == Kamaran adası Qırmızı dənizin cənub hissəsində, Ərəbistan yarımadasından cənub-qərbdə yerləşir. Ada mərcan rifləri ilə örtülüdür. Adanın dahəsi 108 km² təşkil edir. Onun uzunluğu 18 km, eni isə 7 km təşkil edir. Bəzi digər mənbələrdə ada ətrafında olan riflərin sahələrinin 181, 130, 57 km² olaraq göstərirlər. Britaniya hakimiyyəti dönəmində adanın sahədi 207 km² olaraq göstərilirdi == Tarixi == Ada strateji baxımdan əlverişli bölgədə yerləşir. Belə ki, Qırmızı dənizlə Hind okeanı arasında yerləşməsi onun imkanlarını artırır. Adaya ilk saahib olan avripslılar portuqallar olmuşdur.