Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Deepfake
Deepfake (ing. portmanteau of "deep learning" and "fake") — süni intellekt neyron şəbəkələrindən istifadə edərək yaradılan foto, audio və video materialların, səsin sintezi üçün texnologiyadır. İlk dəfə 2017-ci ildə Amerikan sosial mediası olan Reddit-də bəzi məşhurların yer aldığı, lakin özlərinə aid olmayan videolar yayımlandı.Bu texnologiyadan istifadə edən proqramlar 2 süni intellekt sistemindən ibarətdir. Bu sistemlərdən birincisi saxta görüntüsü hazırlanacaq şəxsin bir çox şəklini skan edir və digər tərəfə kopyalayır. İkinci süni intellekt hissəsi isə hər iki görüntünü qarşılaşdıraraq aralarındakı bənzərlik faizini hesablayır. Bənzətmədiklərini yenidən skan edir və hazırlaya biləcəyi ən yaxşı versiyaya qədər bu proses davam edir. Ukrayna müharibəsinin gedişinə təsir edəcək video da məhz "Deepfake" proqramı vasitəsilə hazırlanıb. Prezident Volodimir Zelenskinin adından Ukrayna hərbçilərinə "təslim olun" çağırışı edilib. Sonradan videonun saxta olduğu və Rusiya tərəfindən hazırlandığı üzə çıxıb. Mütəxəssislərin fikrincə, gələcəkdə insanın sadəcə üzünün deyil, onun hərəkətlərinin, digər bədən üzvlərinin də oxşadılması süni intellekt vasitəsilə mümkün olacaq.