Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Orasio Kiroqa
Orasio Silvestre Kiroqa Fortesa (isp.: Horacio Silvestre Quiroga Forteza; 31 dekabr 1878[…], Salto – 19 fevral 1937[…], Buenos Ayres) ─ Uruqvay yazıçısı, 31 dekabr 1878 ildə Salto şəhərində anadan olub. 19 fevral 1937 Buenos Ayresdə vəfat edib. == Həyatı və fəaliyyəti == Orasio Kiroqanın atası argentinalı diplomat Prudensio Kiroqadır. Oğlunun doğumundan iki ay yarım sonra təsadüfi tüfəng atəşindən vəfat etdi. Montevideoda təhsil alan Orasio ədəbiyyat və eksperimental elmlərə (mexanika, fizika, kimya) meyl göstərirdi. 1899-cu ildə Parisi ziyarət edir. Uruqvaya qayıdaraq ispan dilini tədris edir, jurnalistika ilə məşğul olur və fotoqraflığa meyl göstərir. İlk çıxışını 1901-ci ildə ispan dilli modernizmin (Ruben Dario) təsiri ilə yazılmış şeir və poetik nəsr kitabı ilə etdi. 1902-ci ildən əsasən Argentinada yaşayırdı. Bir fotoqraf olaraq, Təhsil Nazirliyinin dəstəyi ilə Leopoldo Lugones tərəfindən təşkil edilən Çako vilayətinə bir ekspedisiyada iştirak etmişdir.
Kerogen
== Kerogen == Neftin mənşəyi, eləcə də miqrasiya və akkumilyasiyası ilə bağlı ikili problemin dəqiq təfərrüatları hələ də tam surətdə aydınlaşdırılmamışdır. Analitik kimya və geokimyada son zamanlar əldə edilən uğurlar bu istiqamətdə bilikləri və dərk olunmanı artırmağa kömək etmişdir, lakin mübahisəli məsələlər həll edilməmiş qalmaqdadır. Buna görə də neft elmindən bəhs edən hər hansı bir mətndə kerogen ilə bağlı bölmənin olması vacibdir. Neft sahəsində çalışan alimlər həmişə çöküntülü hövzələrdə tapılan karbohidrogenlərin mənşəyi ilə bağlı qiymətli dəlilləri əldə etmək üçün yeni etibarlı texnologiyalar axtarışında olmuşlar. Neft sistemlərinin bugünkü analizi geokimya ilə birbaşa vəhdətdə yerinə yetirildikdə, xam neft və təbii qaz toplantılarının bioloji mənşəyə malik olması haqda nəzəriyyəni dəstəkləyir. Neft və qazın biogenik sələfinin (prekursorunun) kerogen olması ehtimal edilir. Kerogen təbiətdə tapılan, bərk, həll olmayan üzvi maddə olaraq, daş mənbə süxurlarında rast gəlinir və qızdırıldıqda neft əmələ gətirə bilir. Kerogenin tipik üzvi tərkib hissələri dəniz yosunu və ağac mənşəli bitki materialıdır. Kerogen bitum və ya həll olan üzvi maddəyə nisbətən yüksək molekul kütləsinə malikdir. Bitum neftin yaranması zamanı kerogendən əmələ gəlir.
Kərgan (Ərdəbil)
Kərgan (fars. كرگان‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 988 nəfər yaşayır (208 ailə).