Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kərimçilik
Kərimçilik və ya kərimovçuluq (özb. Karimovchilik) — İslam Kərimovun 1992–2016-cı illərdəki hakimiyyət dövrünün ideologiyası üçün qeyri-rəsmi termin. O , avtoritarizm və kleptokratiyanın hökmranlığı, dissidentlərə qarşı dövlətin cəza funksiyalarının gücləndirilməsi, ictimai həyatın bütün sahələrinə, o cümlədən dinə ciddi ideoloji nəzarətin olması ilə xarakterizə olunur. Bu, İslam Kərimovun hakimiyyəti dövründə nümayişkaranə antisovet və antikommunist ideologiyası, genişmiqyaslı dekommunizasiya, avtarkiya və izolyasiya siyasəti ilə özünü göstərmişdir.