Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kinematika
Kinematika (Yunan dilindən "κινεῖν", kinein, hərəkət etdirmək, hərəkət) — cismlərin, sistemlərin hərəkətindən (onları hərəkətə gətirən qüvvələri nəzərə almadan) bəhs edən klassik mexanikanın bölmələrindən biridir. Kinematika klassik mexanikanın başqa bir bölməsi olan analitik dinamika ilə qarışıq salınmamalıdır. Analitik dinamika cismin hərəkəti ilə onu hərəkətə gətirən səbəb arasındakı asılılıqdan bəhs edir.
Kimyəvi kinetika
Kimyəvi kinetika — kimyanın əsas sahələrindən biri olub, kimyəvi reaksiyaların sürətinin və onun müxtəlif amillərindən — reaksiyaya daxil olan maddələrin qatılığından, temperaturdan, təzyiqdən (qazlar üçün), katalizatorların təsirindən və s. asılılığı öyrənir. == Reaksiyanın sürəti == Kimyəvi reaksiyaların hamısı eyni sürətlə getmir. Bəzi kimyəvi reaksiyalar çox böyük sürətə malik olduğundan , demək olar ki, ani vaxtda başa çatır. Məsələn, partlayıcı maddələrin reaksiyası saniyəönin on mində bir hissəsi ərzində qurtarır. Bununla yanaşı elə reaksiyalar da vardır ki, onların axıra çatması üçün saatlar, sutkalar və hətta illərlə vaxt lazım olur. Kimyəvi reaksiyanın sürəti hər şeydən əvvəl reaksiyaya daxil olan maddələrin təbiətindən və həmçinin onların qatılığından, temperaturdan, katalizator istirakından və s.-dən asılıdır. Bu sürəti vahid həcmdə (homogen sistemdə) zaman vahidi ərzində cərəyan edən reaksiya həcmi ilə ölçülür. Daha dəqiq deyilərsə, reaksiyanın sürəti reaksiyaya daxil olan və ya reaksiya nəticəsində əmələ gələn maddələrin qatılığının (əsasən mol/l-lə) zaman vahidi (dəqiqə və ya saniyə) ərzində dəyişməsi ilə xarakterizə olunur. A + B → C + D , {\displaystyle A+B\to C+D,} v = ∂ C ∂ t = − ∂ A ∂ t .