Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kinolentdə imzası... Həbib İsmayılov (film, 2012)
Kinolentdə imzası… Həbib İsmayılov — rejissor Sənan Sultanovun 2012-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə kinorejissor, Azərbaycanın əməkdar incəsənət xadimi Həbib İsmayılovun xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə, "Cəfər Cabbarlı", "Sovet Naxçıvanı-şərqin qapısı", "Azərbaycan pambıqçılığında qabaqcıl aqrotexnikanın tətbiq edilməsi" sənədli filmləri, "Ögey ana", "Böyük dayaq" filmlərindəki kadrlardan istifadə edilmişdir.
Fiolent burnu
Fiolent (ukr. Фіолент, krımtat. Felenk, Феленк) — Krım yarımadasının cənub-qərbində, Herakles yarımdasında burun. Burun Sevastopolun Balaklavskiy rayonunda yerləşir. Burun ərazisində eyni adlı yasaqlıq mövcuddur. == Adlandırılması == Fiolent adı ilə yanaşı burun digər adlarla da tanınır: Parteniy, Felenk-Burun, Monastr-Burun, Müqəddəs Qeorqiya burnu. Ehtimal olunan ən qədim ad Parteniydir (q.yun. Παρθένιον). Adın mənşəyi qədim yunan mifologiyası olan İfigeniya ilə bağlıdır. Bu mifdən bir çox şairlər və yazıçılar, kompozitorlar, rəssamlar öz yaradıcılığında istifadə etmişlər: Evripid, Esxil, Göte, Puşkin, Qlyuk, Ayvasovski və s.