Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rövşən Ağayev (kinossenarist)
Rövşən Azər oğlu Ağayev (31 mart 1949, Kirovabad – 9 mart 2015, Bakı) — kinossenarist, dramaturq, musiqiçi Rövşən Ağayev 1949-cu il martın 19-nda o zamankı Azərbaycan SSR-nin Gəncə şəhərində dünyaya gəlmişdir. Ali təhsilini Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda alır. Ali təhsil illərində şəxsi təşəbbüsü ilə oxuduğu institutun nəzdində kino şöbəsi yaradır və bu şöbəni lazımi avadanlıqlarla təmin edir. Beləcə o, institutda təhsil almaqla yanaşı qısa metrajlı filmlər də çəkməyə başlayır. 1973-cü ildə həmin institutunun elektrifikasiya fakültəsinin energetika mühəndisi şöbəsini bitirir. İncəsənətə meyilli olduğu üçün sonrakı fəaliyyəti daha çox incəsənətlə bağlı olmuşdur. 1980–81-ci illərdə "Azərbaycanfilm" kinostudiyasının bir illik ssenaristlər kursunu bitirməklə yanaşı tam metrajlı bədii filmin ssenarisinin yazılması üçün kinostudiya ilə müqavilə bağlamışdır və həmin ssenari "Azərbaycanfilm" tərəfindən alınmışdır. Bundan sonra onunla "Azərbaycanfilm" kinostudiyası arasında daha iki tam metrajlı bədii filmin yazılışı üçün müqavilə bağlanmışdır. Həmin ssenarilər yazıldıqdan sonra kinostudiya tərəfindən alınmışdır. 1988-ci ildə "Mosfilm" kinostudiyası (Moskva) ilə "Azərbaycanfilm" kinostudiyasının birgə istehsalı olan, Rövşən Ağayevin ssenarisi əsasında "Lətifə" bədii filmi çəkilmişdir və həmin film keçmiş SSRİ ərazisində olan kinoteatrlarla yanaşı həm də Avropa ölkələrində göstərilməklə sosialist məkandan kənara çıxa bilən azsaylı filmlərimizdən olmuşdur.