Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Klerikalizm
Klerikalizm (lat. clericalis-kilsə) — kapitalist ölkələrində ictimai həyatın müxtəlif sahələrində dinin və kilsənin mövqelərini möhkəmləndirməyə səy göstərən ictimai-siyasi cərəyan. Klerikalizm obyektiv sinfi roluna görə burjuaziyanın möhkəmləndirilməsinə xidmət göstərir. Müasir Klerikalizm kilsənin kütlələrə təsirini gücləndirmək üçün özünün partiyalarını, həmkarlar ittifaqlarını, kəndli, gənclər, qadın və digər kütləvi birliklərini yaradır. Klerikalizm İtaliyada, AFR-də, İspaniyada və bir sıra ölkələrdə nüfuza malikdir.
Amerikal diviziyası
"Amerikal" diviziyası (ing. Americal) — ABŞ Ordusunun hərbi birləşməsi. 23-cü piyada diviziyası (ing. 23rd Infantry Division) da adlanır. 1942-ci ilin may ayında Yeni Kaledoniya adasında yaradılmışdır. Pörl-Harbora hücumdan sonra Amerika komandanlığı Yaponiya qoşunlarının iddia edilən hücumunu dəf etmək üçün tələsik Yeni Kaledoniyanın müdafiəsinə üç ayrı alay göndərmişdi. Birləşmənin adı "Amerika, Yeni Kaledoniya Diviziyası" abbreviaturasındandır.