Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kodlaşdırma
Kodlaşdirma informasiyanı — dəyişmə prosesidi, hansında ki istifadə formasından göndərmək, saxlamaq və avtomatik emal formasına dəyişmək. == Növləri == Rəqəmli Analoqlu Cədvəlli-rəmzi Analoqlu-rəqəmli == Məlumat öturmə == Kodlaşdirma — məlumat öturmə nəzəriyyəsində imzaları siqnal formasına dəyişmə prosesidir. Delta-kodlaşdirma Кod (informasiya nəzəriyyəsində) Təsnifatçı Кjdlama Kriptografiya Şəbəkə kodlamasi Entropiya kodlamasi == Programlaşdırmada == Program kodu, skript, yazmaq prosesidir, hansının əsas məqsədi alqoritimi müəyyən programlaşdırma dilində həyata keçirməkdir. == Digər == Kodlaşdirma (Tibb) Kodlaşdırma – bir əlifbanın simvollarının digər əlifbanın simvolları ilə təsvir edilməsidir. İkili say sistemi: 0, 1 Onluq say sistemi: 0,1,2 ... 9 Rum say sistemi: I, II, III, IV ...
Persepsion kodlaşdırma
Persepsion kodlaşdırma (ing. Perceptual audio coding, rus. Перцептивное аудио кодирование) — rəqəmsal audio siqnalların səsin insan tərəfindən qavrayışına (psixoakustika) əsəslanan sıxma üsulları. Çox alçaq və çox yüksək olan tezliklər uca səslərlə boğulurlar. Məsələn, bir neçə musiqi aləti birlikdə çalındıqda baxılan anda tezlik və gurluqdan asılı olaraq bir alətin səsi digər alətin səsini yox edə bilər. == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti", 2015, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
Haffman kodlaşdırması
Haffman kodlaşdırması – verilənlər yıgınının ayrı-ayrı elementlərinin nisbi aşkarlanma tezliyinə əsaslanan sıxlaşdırılması üsulu: verilmiş element nə qədər tez-tez rast gəlinərsə, ona uyğun olan kod da bir o qədər qısa (bitlə) olacaq. Adətən, bu üsul mətnlərə tətbiq olunur və kodlaşdırma hərflərin işlənmə tezliyinə əsaslanır. Haffman kodlaşdırması verilənlərin sıxlaşdırılmasının ilk alqoritmlərindən biridir, o indi də bəzi dəyişikliklərə uğrayaraq ən geniş yayılmış kodlaşdırmalar sırasındadır. Haffman kodlaşdırmasının tətbiqi nəticəsində təmin edilən qənaət (verilənlər bitlərinin sayının azaldılması) bir çox hallarda (məsələn, modemin köməyilə telefon xətti ilə faylın ötürülməsində) çox əhəmiyyətli ola bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Xəta aşkarlama kodlaşdırması
Xəta aşkarlama kodlaşdırması – verilənlərin saxlanması və ya ötürülməsində yaranan xətaları aşkarlamağa imkan verən kodlaşdırma üsulu. Belə kodlaşdırma üsullarının əksəriyyəti, onların aşkarlaya biləcəyi yanlış bitlərin sayı ilə xarakterizə olunur. Fayldakı yanlış bitlərin sayı həmin həddi aşarsa, xətalar aşkarlanmamış qala bilər.
Fondlaşdırma
Fondlaşdırma (ing. funding) – Hər hansı ehtiyac, proqram və ya layihəni maliyyələşdirmək üçün qaynaqların təminatı. Əksərən pul şəklində olsa da bir sıra hallarda, təşkilat və ya şirkətin intellektual yaxud instutional resurs tələbatı şəklində də təzahür edə bilər.
Klonlaşdırma
Klon – yunan sözü olub, «budaq», «gövdə» mənalarını verir və hər şeydən əvvəl vegetativ çoxalmanı nəzərdə tutur. 4 min ildən çoxdur ki, kənd təsərrüfatında qələm vasitəsilə klonlaşdırma edilir. Bitkilər toxumlama zamanı, zoğ təbəqələşməsində toxumalar totipotent (istənilən toxumanın yaranmasını təmin edə bilən) xüsusiyyətlərini itirmirlər. Yəni nüvədəki bütün genetik informasiyanı realizə etmək bacarığını qoruyurlar. Buna görə də, demək olar ki, istənilən bitki toxumu təbəqələşmə zamanı yeni orqanizmə başlanğıc verə bilər. Bitki toxumalarının bu xüsusiyyəti bir çox genetika və seleksiya metodlarının əsasını təşkil edir. == Tarixi == Ötən əsrin 70-ci illərinin sonunda alimlər suda-quruda yaşayan canlılar üzərində apardıqları təcrübələri məməlilərə (siçan, qoyun) tətbiq etdilər. 80-ci illərdə isə tədqiqatçılar qoyunun rüşeymində nüvə inkişafının 16 toxumalıq mərhələsində totipotentliyin saxlandığını müəyyənləşdirdilər. 1989-cu ildə Smit və Yan Uilmut əvvəlcə 16 toxumalı embrionu, daha sonra isə ilkin blastositləri qoyun yumurtalıqlarının mayalanmamış nüvələrinə transplantasiya etdilər. Birinci halda fenotipi öz donorları ilə uyğunluq təşkil edən iki dişi quzu alındı.
Yadlaşdırma effekti
Yadlaşdırma effekti — Bertolt Brextin birbaşa marksizm-leninizmin təsiri ilə yaratdığı və müraciət etdiyi tamaşaçı kütləsini də fəhlə sinfi kimi müəyyən edən teatr nəzəriyyəsinin (Epik teatr) ən mühüm elementlərindən biridir. == Tərifi == Aristotelçi olmayan, yəni identifikasiyaya əsaslanmayan səhnə əsərlərində tamaşaçıların tamaşanın personajları ilə sırf təcrübə vəhdətində qalmasının qarşısını almaq məqsədi daşıyan nümayiş metodunun adıdır. == Konsepsiyanın mənşəyi == Brext burjua üçün işlədiyinə inandığı dramatik teatra qarşı çıxmış və öz teatrında tamaşaçıları kor-koranə əyləndirməkdənsə, tamaşaçıda şüur yaratmağı qarşısına məqsəd qoymuşdur. Bu məqsədlə onun nəzəriyyəsini hazırlamış olduğu epik teatr anlayışının ifa üsulu öz gücünü hədəf aldığı yadlaşdırma effektindən alır. Brextin yadlaşdırma effekti anlayışını öz teatrı üçün seçərkən ona əsasən Çin Teatrlarının aktyor anlayışının və rus formalist yazıçılarının təsir etdiyi qəbul edilir. == Brextin Çin teatrında müşahidə etdiyi yadlaşdırma texnikaları == Dördüncü divarın sökülməsi: Epik teatrda aktyorlar özlərini onları əhatə edən üç divardan əlavə dördüncü divar da mövcud imiş kimi aparmırlar. Başqa sözlə, aktyorlar tamaşaçıların varlığından xəbərdar olduqlarını açıq şəkildə bildirirlər. Aktyorlar tərəfindən ifa edilən bu fərqində olmaq və xəbəri olmaq vəziyyəti ​​teatrın illüziya effektini aradan qaldırır. Başqa bir sözlə, tamaşaçının katarsis yaşamasının qarşısını alır. Özünü Görünüşün İfa edilməsi: Bu aktyorun tamaşanın gedişi sırasında mimikasının oyunlaşdırılmasıdır.