Pyerluici Kollina
Pyerluici Kollina (it. Pierluigi Collina, 13 fevral, 1960, Bolonya, İtaliya) — dünya şöhrətli italyan futbol hakimi.
Beynəlxalq kariyerasına Türkiyə ordu milli futbol komandası ilə Fransa ordu milli futbol komandası arasındakı oyunla başlayıb, 1996-cı il Olimpiya oyunları, 1999-cu il UEFA Çempionlar Liqası, 2002-ci il Futbol üzrə dünya çempionatı və 2004-cü il UEFA Avropa çempionatının final oyunlarını idarə etmişdir.
Altı dəfə dünyanın ən yaxşı hakimi adını alan Kollini, İFFHS tərəfindən futbol tarixində ilk dəfə olaraq əsrin ən yaxşı hakim elan olunmuşdur.