Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kolorado
Kolorado (ing. Colorado) — ABŞ-nin qərb mərkəzi hissəsində ştat. Dağ Ştatlarının biri. Kolorado Kanzas (şərqində), Oklahoma, Nyu Meksiko və Arizona (cənubunda), Yuta (qərbində), (şimalda) Vayominq və Nebraska əyalətlərinin arasindadir. Kolorado — 269 837 km ² ilə sahəyə görə ABŞ-də səkkizinci ştat sayılır. == Əhali == Əyalətin əhalisi — 5.116.769 nəfər (ABŞ 22.). == Kolorado ştatın şəhərləri == Paytaxtı və ən böyük şəhəri — Denver şəhəridir. Digər böyük şəhərlər — Kolorado Sprinqs, Fort Collins, Arvada, Pueblo, Westminster, Boulder, Englewood,. == Tarix == Colorado-ABD38. ştatdir, bu öştat yüzüncü ilini qeyd etdi 1 avqust 1876 qurulmuşdur.
Denver (Kolorado)
Denver — ABŞ-də şəhər. Kolorado ştatının inzibati mərkəzi. Saus Plett çayı sahilindədir. 1997-ci il iyulun 20-də Denver şəhərində Rusiya, ABŞ və Fransa Prezidentləri görüşmüş və Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll edilməsinə kömək etmək barədə birgə bəyanat imzalamışlar.
Kolorado (səhra)
Kolorado (isp. Colorado) — ABŞ ərazisində yerləşən Sonora səhrasının şimal-qərb hissəsini təşkil edən səhra. Meksika-ABŞ sərhəddində qərarlaşır. Səhra Kaliforniya ştatının cənub-qərbində, Meksikanın isə şimal-şərq hissəsini əhatə edir. Sahəsi 40,000 km²-dir. Kolorado çayının şərqində qərarlaşır və öz adını buradan almışdır. Səhranın mərkəzində Solton-Si gölü yerləşir.
Kolorado Sprinqs
Kolorado Sprinqs (ing. Colorado Springs) — Amerika Birləşmiş Ştatlarının Kolorado ştatın mərkəzi hissəsində şəhər.
Kolorado böcəyi
Kolorado böcəyi (lat. Leptinotarsa decemlineata) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin leptinotarsa cinsinə aid heyvan növü. Növ ilk dəfə 1824-ci ildə kəşf edilib, buynuzlu pişikotu (Solanum rostratum) üzrə Rocky Dağları toplanan nümunələri Amerika naturalist və entomoloq Tomas Seyem incələyib. == Görünüşü == Üzərində V şəkilli qara ləkə və 10 uzununa qara xətt var. Sürfələr kərpic qırmızısı rəngindədir yanlarında qara ləkələr var. Uzunluğu 11–13 mm-dir. Yetkinlikdə qışı torpaqda keçirirlər. Həm sürfə olarkən, həm də yetkinlik dövründə kartof, badımcan, pomidor kimi bitkilərin yarpaqlarını və tumurcuqlarını yeyərək qidalanır. Növləri qida zəncirində qızılı karabid tərəfindən ovlanır və tükənir.
Kolorado çayı
Kolorado çayı (ing. Colorado River) — ABŞ-nin cənub-qərbindən və Meksikanın şimal-qərbindən axan, uzunluğu təxminən 2330 km olan çaydır. == İstiqaməti == Kolorado çayı ABŞ-nin qərbində yerləşən Kordilyer dağlarının qərb yamaclarının quraqlıq rayonlarından başlanğıc götürür. Kaliforniya körfəzinə tökülür, lakin kənd təsərrüfatı ehtiyaclarına və suvarmaya suyun həddən artıq sərf olunmasına görə çayın suyu quruyaraq dənizə çatmır. Kolorado çayının hövzəsinə ABŞ-nin 7 və Meksikanın 2 ştatının ərazisi düşür. Kolorado çayının hövzəsinin sahəsi 629.100 km²-dir. Çayda suyun sərfi quraqlıq dönəmində 570 m³/saniyə, güclü yağıntılar dönəmində isə 28.000 m³/saniyə təşkil edir. Çayın alt axınında böyük su bəndlərinin tikintisindən sonra suyun sərfi nadir hallarda 2000 m³/saniyədən çox olur. Çayda suyun illik orta məsrəfi 4069 m³/saniyə təşkil edir Şimali Amerika ərazisində Sakit okean hövzəsinə aid olan dağ çayları qısa və bolsulu olması ilə fərqlənir. Bu çayların dərələrində nəhəng kanyonlar vardır.
Rodoslu Kolossu
Rodos nəhəngi — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılan, 36 metr hündürlüyə malik olmuş nəhəng abidə. E.ə. III əsrdə sərkərdə Demetri Rodos adasına hücum etmiş, lakin rodosluları məğlub edə bilməmişdi. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlini qoymağı qərara aldılar. == Tarixi == Abidənin yaradılması antik dövrün məşhur heykəltəraşı Lissipin şagirdi Xaresə həvalə olunmuşdur. Xares abidəni 12 il ərzində yaratmışdır. Heykəl 66 il mövcud olmuşdur. Dənizlə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunc heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralı, sağ əli gözlərinin üstündə idi. Başında günəş şüalarının rəmzi olan tac vardı.
Boulder Kolorado Universiteti
Boulder Kolorado Universiteti (ing. University of Colorado Boulder) — Amerika Birləşmiş Ştatlarıda yerləşən ali təhsil müəssisəsi.
Paraqvay Kolorado Partiyası
Kolorada partiyası (isp. Partido Colorado - qırmızı partiya) — Paraqvayda fəaliyyət göstərən siyasi partiyalardan biri. Partiyanın əsasını konservanlar və sosial-demokratlar təşkil edir. Ölkədə stabilliyin qorunub saxlanmasında bu partiyanın böyük rolu olmuşdur. == Tarixi == Partiya 1887-ci ildə qurulmuşdur. 1887-ci ildən 1946-cı ilə qədər iqtidarı əlində saxlamışdır. Stressner diktaturası dönəmində 1947-1962 ölkədə fəaliyyətinə icazə verilən tək partiya olmuşdur. Stressner diktaturasına qarşı partiya daxilində fraksiya meydana gəlmişdir. Bu "Xalq Hərəkatı Kolorado" idi. Bu hərəkat üzvləri Kolorado partiyasından olmasına baxmayaraq, onlar qovulur və sürgün olunurlar.
Uruqvay Kolorado Partiyası
Kolorada partiyası (isp. Partido Colorado,qırmızı partiya.Uruqvayın siyası partiyasıdır.Rartiyanın əsasını konservanlar və sosial demokratlar təşkil edir.Ölkədə stabilliyin qorunub saxlanmasında bu partiyanın böyük rolu olmuşdur. == Tarixi == Partiya 1836-cı ildə qurulmuşdur.Siyasi təşkilat 1868-1959-cu illərdə ölkəni tək başına idarə etmişdir.1959-cu ildə iktidarı Uruqvay Milli Partiyasıya vermişdir.Növbəti 1966-cı il seçkilərində qalib gəlmişdir.Bunda əlavə 1984,1994,1999 cu illərdəki seçkilərdə qalib gəlmişdir. Partiya üzvlərindən Uruqvay prezidentləridə cıxmışdır.Bunlara misal: Fruktuoso Rivera,Venansio Flores,Xorxe Paceko Areko,Luis Batle Barreras,Xulio Mario Sanrinetti və Xorxe Luis Batle kimiləri göstərmək olar. == Son dönəm == 2004-ci il seçkilərində məçlisin 99 yerinə nisbətdə 10 yer,senatda isə 31 yer nisbətinə 3 yerə sahib olmuşdur.2004 prezident seçkilərində isə Qilermo Stirling 10,4% səslə partiya tarixində ən aşağı nəticə göstərir.
Asiyanın lordu
Asiyanın lordu (yun. Κύριος της Ασίας) - Makedoniyalı İsgəndərə eramızdan əvvəl 331-ci ildə baş verən Qavqamel döyüşündən sonra verilən tituldur. Eramızdan əvvəl 323-cü ildə Makedoniyalı İskəndərin Babil şəhərində ölməsindən sonra titul onun varisərinə keçib, ancaq onlardan heç biri Asiyada və ya Makedoniyalı İskəndərin imperiyasının digər hissələrində gücə malik olmayıb. Həqiqi güc bir çox hökmdarlara və ya fars satraplarına keçib. İmperiyanın parçalanması və Diadoxinin güclənməsi ilə titul istifadə edilməyib.
El Paso (dairə, Kolorado)
El Paso dairəsi, Amerika Birləşmiş Ştatlarının Kolorado ştatında yerləşən dairədir. Dairənin əhalisi 2014-cü ilin statistikasına görə 663,519 nəfər təşkil edir. Dairənin mərkəzi Colorado Springs şəhəridir.
Henri Stüart (Darnley lordu)
Henri Stüart (d. 7 dekabr 1545 – ö. 10 fevral 1567) — Darnley lordu və Şotlandiya kraliçası I Mariyanın həyat yoldaşı.
Henri Stüart (Methven lordu)
Henri Stüart (d. 1495 – ö. 1552) — İngiltərə kralı VII Henrinin və Yorklu Elizabetin böyük qızı olan Marqarita Tüdorun sonuncu həyat yoldaşı və Methven lordu.