Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əvvəlki Konqreslər
Kontinental konqres — Filadelfiya Konqresi kimi də tanınan Kontinental Konqres On üç koloniya nümayəndələrinin birgə qəbul etdikləri razılaşma əsasında formalaşmışdır. Konqres Amerika inqilabı zamanında Birləşmiş Ştatların rəhbər orqanı halına gəlmişdir. Konqres 1774-cü ildən, 1789-cu ilədək üç məsələnin həlli üçün bir araya gəlmişdir. Konqres üçün ilk çağırış 1774-cü ildə Benjamin Franklinə Koloniyalara nümayəndə heyətlərinin formalaşmasına razılığını bildirən, həmçinin Massaçusets ştatında baş verən blokadalara və Dözümsüzlük nümayişlərinə qarşı cəza tədbirlərinin görülməsini nəzərdə tutan qanunların qəbul olunması ilə bağlı idi. Bugünədək qəbul olunan konvensiyalar və sərəncamlar Kontinental Konqresin illər boyu qəbul etdiyi qərarların bir növ tərkib hissəsi olması da bilinməkdədir. Birləşmiş Krallığın təmsilçilərinin nəzərdə tutulan bölüşdürücülüklə razı olub-olmayacağına baxmayaraq, 1776-cı ildə Konqresin ikinci — "Müstəqillik Haqqında Qanun"u yekdilliklə qəbul edildi. Müstəqillik haqqında qətnamənin qəbulundan iki gün sonra yeni dövlətin — Amerika Birləşmiş Ştatlarının yaradılmaaının əsası qoyuldu. Bu, həm də Virciniyadan olan Corc Vaşinqtonun başçılıq etdiyi Kontinental Ordunun yaradılmasını da rəsmiləşdirdi. Ordu Böyük Britaniya ilə müharibə etmiş, Fransa krallığı ilə Hərbi İttifaq bağlamış və müharibə iştirakçılarını kreditlər və kağız pullarla maliyyələşdirmişdir. Birinci Kontinental Konqres 1774-cü il, 5 sentyabrdan 17 oktyabradək Pensilvaniya ştatının Filadelfiya şəhərindəki Karpenter Sarayında qısa zaman ərzində bir araya gəlmişdir.