Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Konspirasiya nəzəriyyəsi
Konspirasiya nəzəriyyəsi (conspiracy theory (ing.) və ya daha öncə konspirologiya (ingiliscə conspiracy və q.yun. λόγος, loqos) ictimaiyyət tərəfindən müəyyən bir şəkildə qəbul edilmiş hər hansı bir hadisə haqqında inkişaf etdirilmiş, ictimaiyyətdən gizli saxlandığı iddia edilən məlumatlarla və ya hadisənin arxasındakı görünməyən güclərlə əlaqələndirilən alternativ şərhlərə verilən addır. Bəziləri konspirasiya nəzəriyyələri çıxaran kəsləri paranoyak, diqqəti cəlb etməyə çalışan ya da səhv istiqamətləndirmələrlə cəmiyyəti yanıldaraq bundan siyasi, iqtisadi (ya da mediatik) çıxar təmin etməyə çalışan kəslər olaraq görür və iddiaları gülünc və əhəmiyyətsiz qəbul edirlər. Kənar yandan bu tip iddialar məşhur mədəniyyət sahəsində hər vaxt özünə yer tapa bilmiş, diqqəti cəlb etməyi bacara bilmişdir. Konspirasiya nəzəriyyəsinin daha əvvəlki dövrlərdə konspirologiya (ingiliscə conspirology) adlandırılması isə təsadüfi deyil. Belə ki, konspirologiyaya həqiqətən də ciddi bir elm kimi baxan dönəmlər olub. Mişel Fuko iddia edirdi ki, hələ XVI əsrdə bir şeyin və ya səbəbin üst-üstə düşməsi və işarəsi dünyanın harmoniya və ardıcıllığının sübutu hesab edilirdi. Lakin 19-cu əsrdən başlayaraq işarələr arasında əlaqə axtarmağı pis və xoşagəlməz hala gətirdilər. “Müasir siyasi iqtisadiyyat bizə öyrədir ki, kiçik, yaxşı təşkil olunmuş qruplar çox vaxt daha geniş ictimaiyyətin maraqlarından üstündür”. Bu sözlər sui-qəsd nəzəriyyəçisinə deyil, tanınmış liberal amerikalı iqtisadçı və iqtisadi şərhçi, iqtisadiyyat üzrə Nobel mükafatına namizəd Pol Kruqmana məxsusdur.
Yəhudi müharibəsi konspirasiya nəzəriyyəsi
Yəhudi müharibəsi konspirasiya nəzəriyyəsi — nasist təbliğatında irəli sürülən antisemit konspirasiya nəzəriyyəsi. Bu konspirasiya nəzəriyyəsində yəhudilərin Nasist Almaniyasına qarşı müharibə apardığı, onların vahid tarixi aktor kimi çıxış edərək İkinci Dünya müharibəsini başlatdığını və Almaniyanın məhv edilməsinə istiqamətində səy göstərdikləri iddia edilirdi. Müharibənin 1939-cu ildə Ümumdünya Sionist Təşkilatının prezidenti Xaim Veytsman tərəfindən elan edildiyini iddia edən nasistlər Almaniyanın nəzarəti altında yaşayan yəhudilərin təqibinə haqq qazandırmaq məqsədilə bu anlayışdan istifadə edərək Holokostun özünümüdafiə olduğunu əsas gətirmişdilər. İkinci Dünya müharibəsinin sonundan bəri bu konspirasiya nəzəriyyəsi neonasistlər və Holokostu inkar edənlər arasında populyardır.
Yeni dünya nizamı (konspirasiya nəzəriyyəsi)
Yeni dünya nizamı — politik klişe, XVIII əsrdə gizli beynəlxalq təşkilatlarına aid olan sistemdir. Yeni Dünya Nizamı arxasında masonik gizli təşkilatlanmaların olduğu bir beynəlxalq şəbəkənin və Council on Foreign Relations (Xarici əlaqələr şurası), Trilateral Komissiya və Bilderberg adlı təşkilatların planlayıb, dünyaya söykədiyi qeydsiz şərtsiz imperialist bir istismar sistemidir. Yeni Dünya Nizamının ən əhəmiyyətli fikir mərkəzlərindən biri olan Quru Baş və Sümük Təriqətinin, digər masonik təşkilatlara nəzərən ABŞ-nin ən təsirli təşkilatı oldugu da bilinir.