Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kontrabas
Kontrabas (pyes) — alman yazıçısı Patrik Züskind tərəfindən yazılan mono pyes. Kontrabas (musiqi aləti) — musiqi aləti.
Kontrabas (musiqi aləti)
Kontrabas (it. contrabbasso) — musiqi aləti. Bu alət Kontrabas Violone adı verilən Renesans musiqi alətindən törəmişdir. 16-cı əsrdən 18-ci əsrə qədər dəyişim dövrü keçmişdir. 18-ci əsrin ikinci yarısında bugünkü halını almışdır. Hündürlüyü 1.80 eni 60 sm olan kontrabas bu ölçüləri səbəbindən ayaqda yaxud hündür stula əyləşərək çalınır. Kontrabas simli kaman alətləri arasında öz ölçüsünə görə ən böyük və ən bəm səslənən alətdir. Zahirən o, violonçelə bənzəyir. Texniki cəhətdən kontrabas orkestrin digər simli kaman alətlərinə nisbətən xeyli ağırdır. Həm də onun qalın simlərinin səslənməsi violino, viola və violonçelə nisbətən daha az ahəngdardır.