Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kontroller
Kontroller (ing. controller, ru. контроллер — tənzimləyici, idarəedici) — elektronika və hesablama texnikasında istifadə olunan idarəetmə cihazı. == Hesablama texnikası və elektronikada == Model–view–controller — istifadəçi interfeysi qurmaq üçün proqram təminatı arxitekturası. Mikrokontroller — elektron cihazları idarə etmək üçün nəzərdə tutulmuş mikrosxem == İdarəetmə mühəndisliyində == PİD tənzimləyici — əks-əlaqəli idarəetmə dövrəsində istifadə olunan idarəedici qurğu. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. Q. Ə. Rüstəmov. Avtomatik tənzimləmə nəzəriyyəsi, I hissə.
Proqramlaşdırılabilən məntiqi kontroller
Proqramlaşdırılabilən məntiqi kontroller (ing. programmable logic controller, PLC) - maşın və qurğulıarın idarə olunmasında tətbiq olunan düyümdür. Proseslərin idarə olunmasında istifadə olunan proqramlaşdırıla bilən avadanlıqdır. Bu düyümlər tətbiq sahəsindən asılı olaraq proqramlaşdırılıb tətbiq oluna bilirlər. Adətən elektronik şəkildə hazırlanmış bu düyümlər öz iş prinsipinə görə kompyuterlə oxşardır. Senzorlar və aktorlarla əlaqədə olan YPİ-sistemi proqram əsasında prosesin idarə olunması üçün siqnallar verir. Bu informasiya əsasında tənzimləyicilər maşınların bu və ya digər qurğuya qoşulmasını elə idarə edir ki, o tələb olunan funksiyanı yerinə yetirsin. İstənilən alqoritmi proqram şəklində PLC- yə yazmaq mümkündür. PLC-lər ən çox sənayedə texnoloji proseslərin idarə olunmasında istifadə olunurlar. Sahə cihazlarından gələn siqnallar giriş modulları vasitəsilə rəqəmsal şəkilə gətirildikdən sonra PLC- yə ötürülür.
Giriş/çıxış kontrolleri
Giriş/çıxış kontrolleri (en. input/output controller (I/O controller) ~ ru. контроллер ввода-вывода ~ tr. giriş/çıkış denetleyici) – giriş, çıxış qurğusu və ya giriş/çıxış qurğuları ilə mikroprosessor arasında aparat interfeysi (“çevirici”, vasitəçi) olan port ilə bağlı olan idarəetmə mikrosxemi. Giriş-çıxış kontrolleri giriş və çıxış verilənlərini idarə və emal edir ki, bu da mikroprosessoru ardıcıl rabitə vasitələri ilə təmin edir, eləcə də onu başqa işlər üçün azad edir. Məsələn, klaviaturanın öz mikroprosessoru və müvafiq mikrosxemi ola bilər ki, onlar klavişlərin basılmasının emal edilməsini və onların ikilik koda çevrilməsini həyata keçirir. Analoji olaraq, disksürənin öz kontrolleri olur ki, o, oxuma-yazma başcığının müəyyən mövqeyə aparılması kimi yüksək sürətli, çətin məsələləri yerinə yetirir, fırlanan diskdə müəyyən sahələrin axtarışını və hətta xətaların yoxlanmasını həyata keçirir. Kontrollerlərin əksəriyyəti üçün onların işini idarə edən xüsusi proqramlar – drayverlər lazım olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Model-View-Controller
Model-View-Controller (MVC, «model-görünüş-müfəttiş») — istifadəçi interfeysi qurmaq üçün proqram təminatının arxitekturasıdır. İlk dəfə 1979-ci ildə bu arxitekturanı Trygve Reenskaug "Smalltalk-76"-da Xerox PARC ziyarət edəndə təqdim etmişdi. 1980-ci ildə, Cim Althof və başqaları MVC üçün Smalltalk-80 sinif kitabxanasını həyata keçirdilər. MVC modelinin əsas komponenti model - proqramın problemli hissəsini əhatə edir, istifadəçi interfeysindən asılı olmayaraq. Model qeyd-şərtsiz məlumatları, mənitiqi və tətbiq qaydalarını idarə edir. View - informasiyanın göstərilməsinə cavabdehdi. Çox vaxt pəncərə interfeysindən istifadə edilir. Controller - model və view arasınd əlaqəni təmin edir.
Session Border Controller
Session Border Controller (SBC; azərb. Sessiya sərhəd nəzarətçisi‎) — internet protokolu (VoIP) şəbəkələri üzərindən SIP əsaslı səsi qorumaq üçün yerləşdirilən şəbəkə elementi. SBC-lərin ilkin yerləşdirilməsi bir baxış mühitində iki xidmət təminatçısı şəbəkəsi arasındakı sərhədlərə yönəldilmişdir. Bu rol indi yaşayış və/və ya müəssisə müştərilərinə xidmət göstərmək üçün xidmət təminatçısının giriş şəbəkəsi ilə magistral şəbəkə arasında əhəmiyyətli yerləşdirmələri əhatə etmək üçün genişlənmişdir. "Sessiya" termini iki və ya daha çox tərəf arasında ünsiyyətə aid edilir. Bu, telefoniya kontekstində zəng deməkdir. Hər bir zəng zəngə nəzarət edən bir və ya bir neçə zəng siqnalı mesajı mübadiləsindən, zəng statistikası və keyfiyyəti ilə bağlı məlumatla birlikdə zəngin audio, video və ya digər məlumatlarını daşıyan bir və ya bir neçə zəng media axınından ibarətdir. Bu axınlar birlikdə seans təşkil edir. Seansların məlumat axınına təsir göstərmək sessiya sərhəd nəzarətçisinin işidir. "Sərhəd" termini şəbəkənin bir hissəsi ilə digəri arasındakı sərhəd nöqtəsinə aid edilir.