Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nyuqat
Nyuqat (mac. Nyugat) — XX əsrin ilk yarısında təsis edilən Macar ədəbi jurnalı. Bu dövrdə yaşayan yazıçılara və şairlərə “Nyuqatın birinci /ikinci /üçüncü nəsli” kimi istinad edirlər. Nyuqat jurnalı 1908-ci ildə təsis edilmişdir və ilk olaraq İqnotus, Erno Oşvat və Mikşa Fenyo tərəfindən redaktə edilmişdir. Jurnalda dərc olunan məqalələr üslubuna və məzmununa görə o zaman qərbi Avropada mövcud olan naturalizm, simvolizm və impressionizm cərəyanlarından ilhamlanmışdır. Nyuqatın birinci nəslinə Endre Adi, Arpad Tot, Mihay Babiç, Dejö Kostolanyi, Dyula Yuhas, Deza Dyoni kimi şairlər, eləcə də, Dyula Krudi və Jiqmond Morits kimi roman yazıçıları daxildirlər. Birinci Dünya müharibəsi dövründə solçu ədəbi dairələr tərəfindən sıxışdırılan Nyuqat jurnalı müharibə ilə əlaqədar olaraq bir sıra çətinliklərə məruz qaldı. Nyuqatın ikinci nəslinə Lörints Sabo, Yosef Fodor və Dyörd Şarkozi daxildir. The entire contents of the NYUGAT literary and social review. NYUGAT Centenary (1908-2008) site in English/Hungarian.