Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Koriolis qüvvəsi
Biz müəyyən bucaq sürətilə fırlanan hesabat sistemində yerləşən cismə təsiri nəzərdən keçirərkən cismin fırlanan sistemə görə sükunətdə olduğunu qəbul etmişik . Əksər hallarda fırlanan sistemə nəzərən müəyyən irəliləmə hərəkətində iştirak edən cismin hərəkətini öyrənməli oluruq . Belə olduqda qarşımıza təbii bir sual çıxır : fırlanan sistemlərə nəzərən hərəkət edən cisimlərə , məsələn , Yer üzərində hərəkət edən adamlara , nəqliyyat vasitələrinə , axan çaylara mərkəzəqaçma ətalət qüvvəsindən əlavə başqa qüvvələrdə təsir edirmi ? Bu sualın cavabını ilk dəfə olaraq fransız alimi Koriolis ( 1795-1843 ) vermişdir . Yer Günəş ətrafında hərəkətlə yanaşı öz oxu ətrafında da fırlandığından , ona fırlanan sistem kimi baxa bilərik . Belə olduqda Yer üzərində hərəkət edən bütün cisimlərə Koriolis qüvvəsi təsir göstərməli və bu təsirlərin nəticəsi müşahidə edilmələdir . Müşahidələr göstəmişdir ki , həyatda Koriolis qüvvəsi təsir göstərir və bu təsirlərin nəticəsi müşahidə olunur . Çaylar cənub yarımkürəsində cənuba , şimal yarımkürəsində isə şimala axdığından çayın axını istiqamətində baxdıqda cənub yarımkürəsində sol , şimal yarımkürəsində isə sağ sahillərinin nisbətən çox yuyulub aparılması ( bu hadisə Bera qanunu adlanır ) Koriolis qüvvəsini təsiri ilə izah olunur . Qatarların hərəkət istiqamətində qütblərə doğru baxdıqda şimalda sağ , cənubda isə sol relslərin daha çox yeyilməsi də Koriolis qüvvəsinin təsiri ilə əlaqədardır . Koriolis qüvvəsinin təsiri ilə şimal yarımkürəsində şərqə , cənub yarımkürəsində qərbə doğru meyl edir .
Koriolis təcili

Kriolit
Kriolit (Na3AlF6, natrium heksaflor-alüminat) 1987-ci ilə qədər tükənən, bir vaxtlar Qrenlandiya adasının qərb sahilindəki İvittuut şəhərində böyük bir yataq ilə aşkar edilən nadir bir mineraldır. Nadirliyinə görə, bəlkə də dünyada tükənmək üzrə olan yeganə mineraldır. [7] == Tarixi == Kriolit ilk dəfə 1798-ci ildə Danimarkalı baytar və həkim Peder Kristian Abildgaard (1740-1801) tərəfindən təsvir edilmişdir; [8] [9] bu mineral Qrenlandiyadakı İvittuut şəhərindəki bir yataqdan əldə edilmişdir. Ad Yunan dilində κρύος (cryos) = don və λίθος (lithos) = daş sözlərindən götürülmüşdür. [10] Pensilvaniya Duz İstehsal Şirkəti, Natrona, Cornwells Heights zavodlarında 19-cu və 20-ci yüzilliklərdə kaostik soda hazırlamaq üçün çox miqdarda kriolit istifadə etmişdir. Tarixən bir alüminium filizi və daha sonra alüminium ilə zəngin oksid filiz boksitin elektrolitik emalında istifadə edilmişdir. Alüminiumun oksidin filizlərindəki oksigendən ayrılmasının çətinliyi, oksid minerallarını həll etmək üçün bir axın olaraq kriolitin tətbiqi ilə aradan qaldırıldı. Saf kriolitin özü 1012 °C-də (1285 K) əriyir və alüminiumun elektroliz yolu ilə asanlıqla çıxarılmasına imkan vermək üçün alüminium oksidlərini kifayət qədər yaxşı həll edə bilər. Həm materialların istiləşməsi, həm də elektroliz üçün hələ də böyük enerjiyə ehtiyac var, lakin oksidlərin özlərinin əridilməsində enerji çox qənaətlidir. Təbii kriolit bu məqsəd üçün istifadə oluna biləcəyi halda, çox nadir mineral olduğundan, sintetik natrium alüminium florid florit mineralından istehsal olunur.
Oriolus
Sarıköynək (lat. Oriolus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sarıköynəklər fəsiləsinə aid heyvan cinsi. Sarıköynək qaratoyuq boydadır. Çəkisi 70-90 qramdır. O həmişə sıx yarpaqların arasında gizlənir. Tüklərinin rəngi parlaq olduğundan tez gözə çarpır. Erkəklərinin rəngi qızılı-sarı, quyruğu qaradır, qara qanadlarının üzərində sarı ləkələri var. Sarıköynək öz yuvasını palıd və tozağacı meşələrində, ağacların bir-birindən aralı durduğu, günəş şüalarının yaxşı düşdüyü yerlərdə qurur. Bəzən çay kənarında da yaşayır. Balaca zənbilə oxşayan yuvasının içərisini mamır, yun, lələk ilə döşəyir və ora mayın axırında və ya iyunun əvvəllərində yumurta qoyur.
Koriolan Uvertürası
Koriolan Uvertürası (Almanca: Coriolan-Ouvertüre or Ouvertüre zu Coriolan) 1807-ci ildə Lüdviq van Bethoven tərəfindən İosif Henrix Kollinin 1804 Korilon faciəsi üçün yazdığı əsərdir.Uvertüranın mövzusu və strukturu olduqca ümumidir. Uvertüra ilk dəfə 1807-ci ilin mart ayında tanınmış Lobkoviç ailəsinə məxsus evdə ifa olunmuşdur. Həmçinin Si-bemol majorda dördüncü simfoniya və Piano ilə dördüncü simfoniyada ilk dəfə məhz bu ünvanda təşkil edilmiş konsertdə ifa olunmuşdur. == Əsərin yazılması == İki ən çox bəyənilərək qəbul edilən səs yazılarından birincisi 1943-cü ildə Berlin Filarmoniya Orkestrında Vilhelm Furtvenqlerin dirijorluğu ilə ifa edilmiş, digəri isə 1959-cu ildə Fritz Raynerin dirijorluğu ilə Çikaqo Simfoniya Orkestrında ifa olunmuşdur. Uvertüranın tarixi ad qazanmış digər məşhur versiyasını Rocer Norrinqton London Klassik Çalğıçıları ilə birlikdə ifa etmişdir. Digər məşhur nümunələrə gəlincə buraya Herbert fon Karayanın müşayəti ilə Berlin Filarmoniyasında, Karl Bömin müşayəti ilə Vyana Filarmoniyasında, Karlos Klayberin müşayəti ilə Berlin Dövlət Orkestrı ilə və Bruno Uolterin müşayəti ilə Kolumbiya Simfoniya Orkestrı ilə ifa olunmuşdur. == Qeydlər == == İstinadlar == == Mənbələr == Joseph Kerman/Alan Tyson, "Ludwig van Beethoven", Grove Music Online, ed.
22 Orionis
22 Orionis (22 Ori) — B2IV-V sinfinə (mavi nəhəng) daxil olan və Orion bürcündə yerləşən ulduz. Görünən ulduz ölçüsü 4.74-ə bərabərdir. Ulduz parallaks əsasında təxminən 930 işıq ili məsafədə yerləşir.Ulduz şübhəli Beta Sefey dəyişəninə daxildir.
23 Orionis
23 Orionis (23 Ori) — B1V + B3V sinfinə daxil olan və Orion bürcündə yerləşən ulduz. Görünən ulduz ölçüsü 5.00-ə bərabərdir.