Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kianet
Kianet — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd.
Albert Kuznets
Albert Kuznets (est. Albert Eduard Kusnets; 12 avqust 1902, Tallin – 1942) — estoniyalı Yunan-Roma güləşçisi. 1928 Amsterdam Olimpiya Oyunlarının gümüş mükafatçısı.
Kamanets qülləsi
Kamenets qülləsi (belar. Камянецкая вежа) — Belarusiyanın Kamenets şəhərində tarixi qüllə. Qüllənin digər adı olan, belaruscada Ağ Qüllə və ya Ağ Qala mənasını verən Белая вежа ifadəsi ehtimal ki, qüllənin Belavejskaya Puşça meşəsinə yaxınlığından irəli gəlir, lakin bu söz qalanın əsrlər boyu kərpicdən qırmızı rəng almış və hüç vaxt ağ olmamış rəngilə heç bir əlaqəsi yoxdur.Qalanın bünövrəsi haqqında ilk qeyd 1276-cı ilə aiddir. Memar Oleksa tərəfindən 1271–1289 arasında Volhynia Knyazlığının şimal sərhədində bir sərhəd qalası olaraq inşa edilən qüllə, Belarusiyada bu günə qədər qalan yeganə belə qüllədir. Bunaoxşar qüllələr Brest, Qrodno, Turav və Novoqrudokda da inşa edilmiş, lakin müharibələr zamanı məhv edilmişdir. Qüllə bu gün milli bir tarixi məkandır. Liasnaya çayına baxan kiçik bir yüksəkliyin üstündə dayanan qüllə bu gün Kamenetsin əsas əlamətidir. 1960-cı ildən bəri burada Brest regional muzeyinin bir filialı yerləşir. 30 yanvar 2004-cü ildə ərazi UNESCO-nun Ümumdünya irsi kateqoriyasında Müvəqqəti siyahısına əlavə edildi. == İnşası == Memar Oleksa Volinya knyazlığının şimal sərhəddində sərhəd qalasının inşası üçün Liasnaja çayının daşlı dik sahilində əlverişli bir yer tapılır.
Konstantin Krimets
Konstantin Dmitriyeviç Krimets (2 oktyabr 1939, Kiyev – 4 avqust 2008, Moskva) — dirijor. == Həyatı == Konstantin Krimets 1939-cu ildə Ukraynada anadan olmuşdur. Kiyev konservatoriyasını bitirdikdən sonra, təhsilini Moksva konservatoriyasının aspiranturasında və məşhur dirijor İqor Markeviçin ali kurslarında davam etdirmişdir. Böyük Britaniya, Almaniya, Avstriya, Macarıstan, Koreya, Türkiyə, Yusoqslaviya və başqa ölkələrdə (ümumən 26)simfonik orkestrlərə uğurlu dirijorluq etmişdir. 1990-cı ildə "Qlobalis" simfonik orkestrinin əsasını qoymuşdur. O orkestrin həm bədii rəhbəri, həm də baş dirijorudur. == Filmoqrafiya == Asif, Vasif, Ağasif (film, 1983) Bağlı qapı (film, 1981) Bircəciyim (film, 1986) Əlaqə (film, 1989) Gənc qadının kişisi (film, 1988) Gümüşgöl əfsanəsi (film, 1984) Həyat üçün təhlükəlidir! (film, 1985) Xüsusi vəziyyət (film, 1986) Qətldən yeddi gün sonra (film, 1991) Ölsəm...
Frants Mikloşiç
Frants Ksaver Mikloşiç(alm. Franz Xaver Ritter von Miklosich‎; 20 noyabr 1813 - 7 mart 1891)—sloven və avstriya dilçisi. == Həyatı == Frants Ksaver Mikloşiç 20 noyabr 1813-cü ildə indiki Sloveniyada anadan olmuşdu.Varajdin və Maribor şəhərlərində gimnaziyada oxumuşdu.Qrats Universitetində fəlsəfə doktoru elmi dərəcəsini almışdı.Slavyan dillərinin tarixi müqayisəli təhlinin əsasını qoymuşdu.1849-cu ildə Vyana universitetində Slavyan dilləri kafedrasına başçılıq etmişdi. Frants Mikloşiç 1851-ci ildə Vyana EA-nın akademiki, 1854-1855-ci illərdə — Vyana universitetinin rektoru olmuşdu. 1852-1875-ci illərdə Frants Mikloşiçin fundamental əsəri olan «Slavyan dillərinin müqayisəli qrammatikası» I-IV tomları çap olunmuşdu. Frants Mikloşiç 7 mart 1891-ci ildə Vyana şəhərində vəfat edib. == Seçilmiş əsərləri == Lexicon linguae slovenicae veteris dialecti, 1850 (1862-65 als Lexicon Palaeoslovenico-graeco-latinum) Vergleichende Grammatik der slavischen Sprachen, 4 Bde., 1852–75 Vergleichende Formenlehre der slavischen Sprachen, 582 pages, 1856, mainly consisting of the 3rd book of Vergleichende Grammatik, and for which he was awarded the Volney prize Monumenta Serbica Spectantia Historiam Serbiae, Bosniae, Ragusii, 1858 (Hg.) Die Bildung der slavischen Personennamen, 1860 Etymologisches Wörterbuch der slavischen Sprachen, 1886 Über die Mundarten und Wanderungen der Zigeuner Europas, 12 Tle., 1872-80.
Frants Voepcke
Frants Voepcke(6 may 1826, Dessau – 25 mart 1864, Paris)—Almaniya şərqşünası. == Həyatı == Frants Voepcke 6 may 1826-cı il tarixində Dessauda bir poçt işçisinin oğlu olaraq dünyaya gəldi. Berlin Universitetində riyaziyyat təhsili aldı. Bir müddət Bonn Universitetində G. Wilhelm Freytagın yanında Ərəb dilini öyrəndi və müsəlman riyaziyyatçıların əsərlərinin əlyazma nüsxələrini incələdi. 1847-ci ildə Ömər Xəyyamın cəbrə olan qatqıları üzərinə hazırladığı doktorluq dissertasiyasını tamamladı (Lalgèbre dOmar Alkhayyami publiée, traduitée et accompagnée dextraits des manuscrits inédits, Paris 1851). Frants Voepcke 25 mart, 1864-cü ildə vəfat edib.
Kralove Hradets diyarı
Kraloveqradetsk diyarı (çex. Královéhradecký kraj) — Çexiyada I dərəcəli inzibati – ərazi vahidi. Diyarın inzibati mərkəzi Qradets Kralove şəhəridir. == Coğrafiya == Nəhəng Dağlar Çexiyadakı ən yüksək dağ zirvəsi olan Snezka (dəniz səviyyəsindən 1602 metr yüksəklikdə), Elbe çayının (Laby) münbit vadisi olan bölgədə yerləşir. Bölgədə Nəhəng Dağlar Milli Parkı, həmçinin Broumovdakı Adršpašsko-Teplické skály Dövlət Qoruğu yerləşir. == Əhali == Əhali baxımından (547 916 nəfər) bölgə Çexiyada 10-cu yeri tutur (2011). Bölgədə 43 şəhər də daxil olmaqla 448 yaşayış məntəqəsi var. 500 nəfərdən az əhalisi olan kiçik yaşayış məntəqələri bütün yaşayış məntəqələrinin 65% -ni təşkil edir. Əhalinin sıxlığı 1 km²-ə 115.13 sakin təşkil edir ki, bu da ölkə üzrə orta göstəricidən bir qədər aşağıdır. == İqtisadiyyat == Bölgədə kənd təsərrüfatı ilə yanaşı toxuculuq sənayesi də inkişaf etmişdir.
Frants Ksaver Volfqanq Motsart
Frants Ksaver Volfqanq Motsart (alm. Franz Xaver Wolfgang Mozart‎; 26 iyul 1791, Vyana, Avstriya hersoqluğu, Müqəddəs Roma imperiyası – 29 iyul 1844[…], Karlovı Varı, Bohemiya krallığı, Avstriya imperiyası), həmçinin Volfqanq Amadey Motsart-kiçik kimi tanınır — avstriyalı bəstəkar, pianoçu, musiqi müəllimi. Volfqanq Amadey Motsart və həyat yoldaşı Konstansiyanın doğulmuş altı uşağının böyüyü. Adı atasının ən yaxın dostu və tələbəsi olan Frants Ksaver Zyusmayerin şərəfinə qoyulmuşdur. == Bioqrafiya == Frants Ksaver Volfqanq Motsart Vyanada anadan olub. Parlaq bir musiqi təhsili almışdır: müəllimləri — Antonio Salyeri və Yan Nepomuk Qummel. Pianino və skripkada ifa etməyi öyrənmişdir. Uşaq ikən anasının rəhbərliyi altında Volfqanq Amadey Motsart-kiçik adı altında konsertlərlə vermişdir. Atası kimi, erkən bəstələməyə başladı, 1802-ci ildə Op fortepiano kvartetini Op. 1.