Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Treçento
Treçento (it. trecento - hərfi mənada üç yüz, eləcə də 1300-cü illər) - XIV əsr incəsənətinin İtalyan dilində qəbul edilmiş adı. İncəsənət və mədəniyyət tarixində "treçento" termini italyan intibah incəsənətinin müəyyən dövrünü - protorenessansı təsvir etmək üçün istifadə edilir. Treçento dövrünün aparıcı bədii incəsənət növü rəssamlıq idi: buna ən tipik nümunə kimi Siena rəssamlıq məktəbini göstərə bilərik. Bu dövrdə görkəmli florensiyalı, realistik cərəyanın banisi Cotto di Bondone də fəaliyyət göstərirdi. Treçento ədəbiyyatında humanizmə dönüş baş verdi: Dante, Petrarka, Bokkaçço yaşayıb yaradırdılar. "İntibah" prosesləri həmçinin italyan musiqisində də baş verirdi. Tarixçilər bu dəyişiklikləri həmin dövrdə Fransadakı proseslərlə birləşdirərək "Ars nova" adlandırırlar. == Həmçinin bax == Duçento Kvattroçento Çinkveçento Seiçento == Ədəbiyyat == Жуковский В. И. Искусство Возрождения: учебное пособие. Красноярск: Краснояр.
Aleksandr Kleşenko
Aleksandr Aleksandroviç Kleşenko (rus. Алекса́ндр Алекса́ндрович Кле́щенко; 2 noyabr 1995, Vladiqafqaz) — Rusiya futbolçusu, Rusiyanın "Kuban Krasnodar" FK-nun müdafiəçisi. == Karyera == === Klub karyerası === Aleksandr Kleşenko 2012-ci ildən 2013-cü ilə qədər "Alaniya Vladiqafqaz" FK-da oynamışdır. O, 2013-2014-cü illərdə Rusiya Peşəkar Futbol Liqasında "Alaniya-D" FK-da çıxış etmiş və 17 oyun keçirmişdir. Kleşenko 2014-cü ilin avqust ayında "Kuban Krasnodar" FK-nun gənclər komandasında debüt etmişdir. O, 2014/15 mövsümündə 29 oyun keçirmiş və 3 qol vurmuşdur. Kleşenko "Kuban Krasnodar" FK-nun əsas hissəsindəki karyerasına 23 sentyabr 2015-ci ildə başlamış, debütünü "Şinnik Yaroslavl" FK-a qarşı etmişdir. Həmin ilin 23 sentyabr tarixində Kleşenko "Morodoviya Saransk" FK-a qarşı keçirilən oyunda Premyer Liqa debütünü etmişdir. == İstinadlar == == Xarici keçidlər == Rusiya Premyer Liqasındakı profili Aleksandr Kleşenko.
Krisanto Evanxelista
Krisanto Evanxelista (1 noyabr 1888 - 23 fevral 1942)—Filippin kommunisti. == Həyatı == Filippin Kommunist Partiyasının banisi Krisanto Evanxelista 1888-ci ildə Bulakan əyalətində kəndli ailəsində anadan olmuşdu. Kiçik yaşlarIndan o, zəhmətkeş xalqın ağır həyatını hiss etmiş, amansız istismarı və müstəmləkə zülmünü öz üzərində sınamışdı. Gənc yaşlarından Evanxelista Manila mətbəələrindən birində mürəttib işləmiş, fəhlə hərəkatında fəal iştirak etmişdi. O əvvəllər çapçılar ittifaqının üzvü, sonralar isə onun baş katibi olmuşdu, bu ittifaq onun rəhbərliyi altında çox keçmədən mətbəə fəhlələrinin mübariz həmkarlar ittifaqına çevrilmişdi.Evanxelista öz siyasi fəaliyyətinə millətçilərin burjua-reformist partiyasının sıralarında başlamışdı. Filippin Fəhlə konqresi–1913-cü ildə yaradılmış ilk həmkarlar ittifaqı birləşməsi bu partiyanın tə'siri altında idi. Gənc Evanxelista fəhlələr içərisində böyük nüfuza malik idi. 1919-cu ildə o, Fəhlə konqresi icraiyyə komitəsinin üzvü seçilmişdi. Reformist rəhbərlik fəhlələri öz sinfi mənafeyi uğrunda mübarizəyə çağırmırdı, dini əxlaqı və «əmək və kapitalın birləşməsini» təbliğ edirdi. Çapçılar ittifaqı fəhlə konqresində xüsusi yer tuturdusa da, lakin onun öz rəhbəri, gənc Evanxelista hələ də istiqlaliyyət uğrunda inqilabi mübarizə metodlarına qarşı çıxan millətçilər partiyasının tə'siri altında idi.