Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Krematoriya
Krematoriya — meyitlərin yüksək temperaturda yandırıldığı yerdir. Bir çox din və mədəniyyətdə krematoriya geniş yayılmışdır. Bəzi mədəniyyətlərdə ölülərin külü suvenir kimi saxlanılır. Bundan əlavə, epidemiya riski olan cəsədlər də krematoriyalarda yandırılır. Azərbaycan dilinə ingilis dilindən keçmiş sözün mənşəyi Latınca cremare (yandırmaq) felinə əsasındadır. Türkiyədə nə qədər sayda olduğu tam olaraq bilinməməklə birlikdə Osmanlının son dövrlərində Anadolu Qovağı sərhədləri içində bir ədəd krematoryum deyilə biləcək yer vardı. Zincirlikuyu qəbiristanlığında da bir krematoriya tikilmişdi, sonradan sökülərək avtomobil parkına çevrildi.
Crematory
Crematory — Alman Gothic/Doom/Melodik death metal qrupu. == Haqqında == 1991-ci ildə Almaniyada yaradılıb. Qrup bu üslubda My Dying Bride, Tiamat və Atrocity kimi qruplarla tez tanınaraq, üslublarının ən məşhurları olmuşdur. Almaniyanın Wacken Open Air festivalın da 1996, 1998, 1999, 2001 və 2008-ci ildə daxil olmaqla konsertlər də çıxış etmişdir.1996-cı ildə Nuclear Blast albom şirkəti ilə müqavilə bağlayan Crematory, daha sonra 2006-cı ildə müqaviləni qarşılıqlı olaraq ləğv edərək, yarandıqları ildən ilk albom şirkəti olan Massacre Records ilə yenidən müqavilə bağlamışdır. Qrupun ilk debüt studio albomu 1993-cü ildə "Transmigration" adlı albomları olmuşdur. Bu albom Almaniya və Avropada çox bəyənilmişdir. Crematory qrupu 2001-ci ildə qrup fəaliyyətini dayandırsa da, 2003-cü ildə yenidən bir araya gələrək qrup fəaliyyətlərinə davam etmişdir.