Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təhsildə İnnovativ Texnologiyalar
Təhsildə İnnovativ Texnologiyalar (ing. Innovative Technologies in Education) — Tədris prosesində yeni yanaşmalar tətbiq etməyə hədəflənmiş təhsil, informasiya texnologiyaları və iqtisadi inkişaf sahələrində fəaliyyət göstərən əlavə təhsil müəssisəsi. Mərkəzdə 2017-ci ildən UNESCO-nun "İKT əsaslı yanaşmalar vasitəsilə müəllimlərin peşəkar inkişafının gücləndirilməsi" kafedrası fəaliyyət göstərir. ITE-nin ümumi təhsil mövzularına məktəb müəllimləri üçün İKT savadlılığının inkişafı, distant təhsil və onlayn ünsiyyət, Microsoft TEAMS, Layihə əsaslı öyrənmə vasitəsilə İnteqrasiya edilmiş STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) təhsili, Elektron Resurslardan istifadə edərək İnteqrasiya edilmiş Metodların İnkişafı, Təhsildə İnnovasiya və Yüksək Texnologiyaların Tətbiqi, Pedaqoji kadrlar üçün İKT vasitəsilə Ünsiyyət bacarıqlarının inkişafı, E-məktəb platformasından istifadə, Python proqramlaşdırması üzrə ünsiyyət bacarıqlarının inkişafı və Beynəlxalq Polyup platformasından istifadədir. Müəssisə Dünya Bankı, Microsoft, BMT, UNESCO, UNICEF, İntel, Huawei ilə, eləcə də Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, İsveç, Latviya, İspaniya, Cənubi Koreya və digər ölkələrin universitetləri ilə əməkdaşlıq edir. Ötən il İTE-dən 25 mindən artıq şəxs məzun olub. Təlimlər İTE-nin 200 nəfərdən artıq təlimçi heyəti tərəfindən aparılıb. Mərkəz Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyi tərəfindən lisenziyalaşdırılıb.
В.G.Timiryasov adına Kazan İnnovativ Universiteti
V.Q.Timiryasov adına Kazan İnnovativ Universiteti
В. G. Timiryasov adına Kazan İnnovativ Universiteti (rus. ВГ Тимирясова, ИЭУП) — Kazandakı bir universitetdir. 22 iyul 1994-cü ildə qurulmuşdur. == Ad == Qanundakı dəyişikliklərlə əlaqədar olaraq universitet bir neçə dəfə rəsmi adını dəyişdirdi. Qurucusu və ilk rektoru V. G. Timiryasovun adını daşıyır. 1994–1996-cı illərdə İqtisadiyyat, İdarəetmə və Hüquq Universitetinin, 1996–2016-cı illərdə İqtisadiyyat, İdarəetmə və Hüquq İnstitutunun və 2016-cı ildən VG Timiryasov adına Kazan İnnovasiya Universitetinin (IEUP) adını daşıyır. == Tarix == Universitet 1994-cü ildə Tatarıstan Respublikası Təhsil Nazirliyinin və Tatarıstan Respublikası Ali Sovetinin Xalq Təhsili Daimi Komitəsinin təşəbbüsü ilə bazar iqtisadiyyatı və hüquq sahəsində ixtisaslı kadrların ehtiyaclarını ödəmək üçün yaradılıb. 1998–2002-ci illərdə universitetin Almetyevsk, Bugulma, Zelenodolsk, Naberezhnye Chelny, Nizhnekamsk və Chistopol filialları yaradıldı və təhsil fəaliyyətlərinə davam etdilər. 2014-cü ilin mayından bəri Rusiya tərəfindən birləşdirilən Krımda təhsil fəaliyyətinə başlayan ilk rus universitetlərindən biridir. Universitet Dünya Tatarları Konqresinin və Krım Respublikasının bələdiyyə başçılarının təlimi üçün birgə bir layihə həyata keçirir.
Kulturoloq
Kulturoloq — müəllim müxtəlif ölkələrin sosial-mədəni fəaliyyət sahələri, idarəetmə və mədəni inkişafın milli texnologiyaları, eləcə də bu sahədə beynəlxalq təcrübə barədə dürüst və müfəssəl informasiyaya malik olmalıdır. Universal bilikli mütəxəssislər olan kulturoloqların praktiki iş sahəsi artbiznes, media, reklam və beynəlxalq əlaqələrlə məhdudlaşmamalıdır. Kulturoloqun praktiki işi dövlət və ictimai həyatın geniş sosial-mədəni fəaliyyət sahəsini əhatə etməlidir. Universal kulturoloji biliklərə istinadən, kulturoloq tədqiqat, təhsil, maarif məsələlərini həll etməyi bacarmalı, sosial-mədəni həyat fəaliyyətinin tərəqqipərvər texnologiyalarına istiqamətlənən inkişafın innovasiyalı modellərini hazırlamalı, investisiya siyasətini düzgün formalaşdırmalı, mədəniyyətin inkişafını idarə etməlidir. Dövlətin beynəlxalq nüfuzunun, onun sivil dünya birliyinə inteqrasiyasının möhkəmlənməsinə yardım edən, ölkənin xarici mədəni siyasəti də kulturoloqun diqqət mərkəzində olmalıdır.
Fuad Məmmədov (kulturoloq)
Fuad Teyyub oğlu Məmmədov (28 oktyabr 1946, Bakı) — Kulturoloq, Tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı. == Həyatı == Azərbaycan Respublikasının vətəndaşı; 1946-cı il oktyabırın 28-də Bakı şəhərində anadan olub; Kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru; “İntellektual İnkişaf Problemləri” Beynəlxalq Elmlər Akademiyəsının akademiki; Rusiyanın Pedaqoji və Sosial elmlər Akademiyasının akademiki; “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti; “Mədəniyyət və cəmiyyət” daimi kulturuloji seminarın elmi rəhbəri. “Simurq” Kulturoloji jurnalın (Dünya mədəniyyəti və sivilizasiyası məsələləri) yaradıcısı və baş redaktoru; “Humay” (2002) və “İntellekt” (2006) Milli ictimai mükafatların laureatı; “Sülh səfiri” və “Mədəniyyət səfiri” Beynəlxalq və Milli fəxri adlarla təltif olunub. Elmi maraqlar dairəsi: milli və beynəlxalq idarəetmə mədəniyyəti; insanın həyatfəaliyyəti mədəniyyəti; dünya mədəniyyəti və sivilizasiyasının tarixi. Azərbaycanda kulturologiya elminin yaradıcısıdır. Mədəniyyət və elm tarixi və nəzəriyyasindən 200-dən artıq elmi və elmi-maarif işlərin, Azərbaycan cəmiyyəti və dövlətinin modernləşməsi və sosial tərəqqisinə yönəlmiş müddəaların və layihələrin müəllifi və tərtibatçısıdır. Onların arasında Azərbaycanını ali məktəbləri ilə yanaşı, Rusiyanın, ABŞ-nın, Almaniyanın, Fransanın, Avstriyanın və başqa ölkələrin kitabxanalarında geniş istifadə olunan, iki beynəlxalq akademiya tərəfindən bəyənilmiş və “Humay” mili mükafatı ilə təltif olunmuş “Kulturologiya” fundamental əsəri, bir çox Azərbaycan və xarici alim, mütəxəssis və diplomatlar tərəfindən dəstək almış, Dünyə mədəniyyəti Beynəlxalq universitetin layihəsini göstərməək olar. Prof. F.T.Məmmədov 1990-cu ildən “Mədəniyyət və cəmiyyət” adinda daimi fəaliyyət göstərən kulturuloji seminarın elmi rəhbəridir. 1990 – 2009-cu illərdə ölkədə, kulturologiya və idarəetmə mədəniyyəti sahəsində müxtəlif mövzularda 300-dən artıq respublika və beynəlxalq konfransları, interaktiv seminarlar, treninqlər, dəyarmi masalar və fokus-qruplara rəhbərlik etmişdir.
İlqar Hüseynov (kulturoloq)
İlqar Həsrət oğlu Hüseynov — Azərbaycanda "Tətbiqi kulturologiya" elminin yaradıcısı, "Kulturologiya tarixi" elminin banisi, kulturologiya üzrə mütəxəssis, kulturologiya elmləri doktoru, professor. == Həyatı == İlqar Həsrət oğlu Hüseynov 1965-ci il fevalın 14-də Lerik rayonunda anadan olmuşdur. 1982–1988-ci illərdə ADİİ-də (indiki ADMİU) ali təhsil almışdır. O, təhsil müddətində Nizami Gəncəvi adına təqaüd almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir. İ. Hüseynov əmək fəaliyyətinə 1988-ci ildə başlamış, 1993-cü ilə qədər universitetin klub müdiri, 1989–1993-cü illərdə saathesabı müəllım, 1993-cü ildən bu günə qədər tam ştat müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir. Pedaqoji fəaliyyəti dovründə 1000-ə yaxın müxtəlif mövzularda elmi-kütləvi tədbirlərin təşkilatçısı və ssenari müəlifi olmuşdur. Bu tədbirlərin əksəriyyəti mətbuatda və kütləvi-informasiya vasitələrində geniş işıqlandırılmışdır. Yaxşı işinə görə dəfələrlə universitetin rəhbərliyi tərəfindən təşəkkürə layiq görülmüş, fəxri fərman, diplom və ADMİU-nun yubiley medalları və döş nişanı ilə təltif edilmişdir. 1994–2000-ci illərdə ADMİU-nun tələbə elmi cəmiyyətinin sədri olmuşdur. 1994-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində Dövlət Mədəniyyət Akademiyasında pedoqoji elmlər namizədi alimlik dərəcəsi almaq üçün "Əyləncə-oyun ünsiyyətinin tərbiyə potensialının realizə edilməsi" adlı dissertasiya müdafiə etmişdir.
Əliyeva Yeganə (kulturoloq)