Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ləzginka
Ləzgihəngi — Qafqazlıların milli rəqsi. Bütün Qafqaz üzrə geniş yayılmış rəqs növü. Hər xalqda rəqs növünün öz variantı vardır. == Ləzgihəngi rəqsi == Rəqs yarış xarakteri daşıyır. Hər bir kəs özünün cəldliyini, yorulmazlığını, qətiyyətini nümayiş etdirir. Bir qayda olaraq rəqs musiqi sədaları altında ifa edilir. Melodiyası dinamik, dəqiq, cəldliyə zövq edəndir. Rəqs həmçinin İranda "Lazgi" və "Ləzgi", Gürcüstanda "Lekuri" adı ilə məşhurdur. "Lekuri" gürcü dilindən tərcümədə — "ləzgilər (lekilər) rəqs edir" edir deməkdir. Güman edilir ki, rəqs qartal surətinin təcəssüm etməkdədir.
Ləzginka (ansambl)
Dağıstan Dövlət Akademik Əməkdar Rəqs Ansamblı "Ləzginka" — Tanxo İzrayılov tərəfindən 1958-ci ildə yaradılmış Dağıstan Respublikası Dövlət Akademik Əməkdar Rəqs Ansamblı. == Tarixi == 1957-ci ildə Dağıstan vilayət partiya komitəsinin birinci katibi Əbdürəhman Daniyalov, Tanxo İzrayılova respublika xalq rəqsləri ansamblı təşkil etmək üçün tapşırıq verdi. Bir xoreoqrafiya qrupu yaratmaq üçün İzrayılov həmkarları ilə birlikdə Dağıstanın bütün bölgələrini gəzdi. Bu ezamiyyət zamanı İzrayılov xalq rəqsləri üzrə mütəxəssislərlə görüşmüş, yerli toy və bayramlarda iştirak etmişdir. İzrayılov xeyli sayda material toplamağı bacardı və bunun əsasında Dağıstan xalqlarının rəqslərini səhnələşdirməyə başladı.1958-ci ildə Dağıstanda yeni bir ansambl üçün rəqqasları seçmək üçün böyük bir müsabiqə elan edildi. Bunun üçün Dağıstanın hər yerindən Mahaçqalaya 700-dən çox iştirakçı gəldi. Nəticədə 16 ilə 25 yaş arasında yalnız qırx cüt oğlan və qız seçildi.Doqquz ay davam edən məşqlər üçün 17 nömrədən ibarət konsert proqramı hazırlanmışdır. İlk tamaşa 1958-ci ilin may ayında Mahaçqala şəhərində M.Qorki adına Dövlət Respublika Rus Dram Teatrında baş tutdu. Ansamblın sənətçiləri Nikolay Lakovun eskizlərinə görə hazırlanan kostyumlarda çıxış etdilər.1970-ci ildə Tanxo İzrayılov bədii rəhbər vəzifəsini qoruyaraq ansamblın rəhbərliyindən istefa verdi. Direktor vəzifəsinə ansamblın həmkarlar ittifaqı komitəsinin sədri, Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisi Eldar Mirzəyevin təyin edilməsini təklif etdi.