Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İsaak Albeniz
İsaak Manuel Fransisko Albeniz (isp. Isaac Manuel Francisco Albéniz; 29 may 1860[…], Kamprodon[d][…] – 18 may 1909[…], Kambo-le-Ben[d][…]) — İspaniya bəstəkarı və pianoçusu. Yeni ispan musiqisinin banisi hesab edilir. İsaak Manuel Fransisko Albeniz 29 may 1860-cı ildə İspaniyada, Kataloniyanın Kamprodon şəhərində anadan olmuşdur. Fransua-Ogüst Gevart, Fridrix List və başqalarından dərs almışdır. Avropa və Amerikanın bir çox ölkəsində konsertlər vermişdir. Fortepiano əsərləri Albenizin yaradıcılığında əhəmiyyətli yer tutur. Bu əsərlərdə o, xalq mahnı-rəqs janrından geniş istifadə etmiş, xalq musiqi elementləri ilə müasir bəstəkarlıq texnikasının vəhdətinə nail olmuşdur. Albeniz xalq musiqi alətlərinin, xüsusilə gitaranın səs effektini fortepianoda əks etdirməklə fortepianonun səs palitrasını yeni ifadə vasitələri ilə zənginləşdirmişdir. "Henri Klifford" (1895), "Kral Artur" (1897–1906) və s.