Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Daşlaşma
Daşlaşma — kövrək çöküntülərin bərk süxurlara çevrilmə prosesi. == Haqqında == Daşlaşma çöküntünün müxtəlif dəyişilmə mərhələlərində baş verə bilər. Duzlardan, karbonatlardan, silisium oksidindən və başqa təşkil olunmuş çöküntülərdə daşlaşma prosesi sedimentasion mərhələdə də başlaya bilər. Qırıntılı və gilli çöküntülərdə daşlaşma adətən daha gec, diagenezin son mərhələlərində və katagenezdə artan təzyiq və temperaturun təsiri altında başlanır. Daha nadir hallarda bəzi qırıntılı süxurlarda (qumlar, qravelitlər) hipergen daşlaşma mərhələsi qırıntılı hissəcikləri sementləşdirən birləşmələrlə zən­gin olan qrunt sularının təsiri altında gedir. Daşlaşma artıq suların kənar edilməsi, kolloidlərin və kimyəvi, həm də biokimyəvi yolla çökmüş maddələrin krislallaşması və formalaşan süxur sementinin və çöküntülərin komponentlərinin mineral tərkibinin dəyişməsi ilə müşayiət olunur. Kövrək çöküntülərin süxura keçməsi həmişə onların sıxlaşması ilə bağlı olur. Daşlaşma heyvan və bitkilərin gö­mülmüş qalıqlarında üzvi maddələrin mineral maddələrlə əvəz olunma prosesi nəticədə həmin qalıqlar vaxt keçdikcə daşlaşmış qalıqlara çevrilirlər. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Yadlaşma (fəlsəfə)
Yadlaşma anlayışı- Marksın nəzəriyyəsinin xüsusilə başlanğıc mərhələsində bariz bir prioritetə və əhəmiyyətə malikdir. Marksın ilkin yazılarında bu prioriteti və yadlaşma anlayışının müxtəlif məzmunlarda görmək olar. 1844-cü il Əlyazmalarını və Alman İdeologiyasını bu nöqtədə xatırlanmağa dəyər. İki cür yadlaşmadan danışmaq olar, Marksın bu çalışmalarında. Bunlardan birincisi təbiətdən qopma mənasındakı yadlaşma: insan, təbiətdən qoparaq mədəni-ictimai sahədə özünə ikinci bir təbiət qurmaq mənasında, təbiətə yadlaşır. Bu insan olması açıqlayan keyfiyyətinə müsbət qarşılanan yadlaşmadır, müəyyən bir müddət olaraq başa düşülür. İkinci yadlaşma isə, şəxsən kapitalist bazarın və kapitalist ictimai sistemin yaratdığı yadlaşmadır. Bunun nəticəsi kimi insan öz təbiətinə yadlaşır. Beləliklə insan özünə, öz əməyinə, münasibətlərinə, dünyaya və həyata yadlaşır. Kapitalist bazarın bir elementi olaraq işləyən mexanizmlərdən biri halına gəlir.
Adam Lallana
Adam Devid Lallana (ing. Adam David Lallana; 10 may 1988, Sant Albans, Hartfordşir) — hücuma meyilli yarımmüdafiəçi mövqeyində oynayan İngiltərə futbolçusu. Hazırda İngiltərə Premyer Liqasında çıxış edən "Brayton" klubunun ve İngiltərə milli komandasının oyunçususur. Lallana həvəskar karyerasına "Bornmut" klubunda başlamışdır, 2000-ci ildə isə "Sauthempton" klubuna transfer olundu və oranın akademiyasını bitirərək 2006-cı ildə peşəkar karyerasına başladı. "Bormut"da qısamüddətlik icarə müqaviləsi bitəndən sonra "Sauthempton"a geri döndü və klubla iki uğurlu il ardınca Birinci Liqadan Premyer Liqaya yüksəldi və 2012-ci ildə kapitan sarğısını daşımağa başladı. 2 mövsüm ərzində yüksək liqada göstərdiyi oyuna görə o, milli komandadan da dəvət aldı. 2014-cü ilin iyul ayında onun "Liverpul" klubuna 25 milyon funt dəyərində transfer baş tutdu. O, 2018 UEFA Çempionlar Liqası finalında oyuna çıxmış və növbəti mövsüm kuboku başı üzərinə qaldıran heyyətin bir hissəsi olmuşdur. O, klubla həmçinin 2019-20 İngiltərə Premyer Liqasının çempionluğu qazanmışdır. Milli karyerası 2013-cü ildə başlayan Lallana İngiltərə yığmasında 34 oyuna 3 qol vura bilmişdir və ölkəsinin 2014 FİFA Dünya Kuboku və UEFA Avro 2016 yarışlarında təmsil etmişdir.
BMT paylaşma planı
BMT Paylaşma Planı və ya Birləşmiş Millətlər Baş Məclisi 181 nolu Qərarı 29 noyabr 1947-ci il tarixli qərarına uyğunlaşdırılmış bir plan. == Biblioqrafiya == Bregman, Ahron (2002). Israel's Wars: A History Since 1947. London: Routledge. ISBN Arieh L. Avneri (1984). The Claim of Dispossession: Jewish Land Settlement and the Arabs, 1878–1948. Transaction Publishers. ISBN Fischbach, Michael R. (2003). Records of Dispossession: Palestinian Refugee Property and the Arab-Israeli Conflict. Columbia University Press.
Tektonik fəallaşma zonaları
Tektonik fəallaşma zonaları – tektonik fəallaşma zonalarında aşınma və denudasiya hadisələri səciyyəvi olub, zəlzələ və sürüşmələr daha çox müşahidə olunur. Aşınma hadisəsi zamanı Ca elementi, denudasiya hadisəsi zamanı isə Si elementinin toplanması müşahidə olunur. Tektonik fəalliyyətin yüksəldiyi sahələrdə torpaqlarda Mn və Fe elementlərii ilə, yeraltı sularda isə karbonla zənginləşmə hadisəsi baş verir. Mn elementinin yüksək miqdarı tektonik fəallaşma sahələri üçün tipomorf kimyəvi element hesab olunur. Tektonik fəallaşma zonalarında manqan yataqları, habelə Fe / Na nisbətlərinin yüksək göstəriciləri səciyyəvidir.
Tektoniki fəallaşma sahələri
Tektoniki fəallaşma sahələri – zəlzələ, uçqun və sürüşmələr tipli neotektoniki hadisələrlə müşayət olunur. Həmin sahələr üçün aşınma və denudasiya hadisələri də səciyyəvidir. Oksidləşmə şəraiti yaradan kimyəvi elementlər və birləşmələr – sərbəst O ilə yanaşı S, Fe və s. elementlərin kimyəvi fəallığı yüksəlir. Qələvi və qələvi-torpaq metallar, habelə halogenlər aqressivlik göstərir. Tektonik fəallığın yüksəldiyi sahələrdəki geokimyəvi mühitdə yaranan torpaqlar və sularda K, Fe və S elementlərii ilə zənginləşmə baş verir. Tektoniki oreollar öz mahiyyətinə görə həm də diffuziya oreolları hesab oluna bilər. Tektoniki oreollarda Fe, C, S və s. elementlərinin zənginliyi diffuziya qabiliyyətini nümayiş etdirir. Səth və yeraltı sularda orta temperaturdan yüksək göstəricilər müşahidə edilir.
Dallasda ən yüksək binaların siyahısı
Dallasda ən yüksək binaların siyahısı - ABŞ-nin Texas ştatında Dallasda hündürlüyünə görə sıralanmış hündür olan binalarını ehtiva edir.