Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Landlar
Landlar (fr. landes-xam yer) (rus. ланды, ing. landes) — bitki örtüyü həmişəyaşıl kolluqlar və otlarlardan ibarət olan, xam sahələrin landşaftı. Dar mənada Fransada Biskay körfəzi boyu ovalıqda alçaqboylu kserofil kollarla örtülmüş dyun sahələri.
Ser Sandford
Ser-Sandford (ing. Mount Sir Sandford) - Kolumbiya dağlarının ən yüksək zirvəsidir, Britaniya Kolumbiyasının on dördüncü ən yüksək zirvəsidir (Peakbagger.com -a görə on səkkizinci). Kinbasket su anbarının Qızıl qol qolunun cənub-qərbində Selkerk dağlarının Big Bend silsiləsinin Sir Sandford alt silsiləsində yerləşir. Mütləq hündürlüyü 3519 metr, nisbi hündürlüyü 2707 metrdir. İlk dəfə bu zirvəyə 1912-ci ildə Howard Palmer, E. V. D. Holvay, Rudolf Aemmer, Edvard Fyuz qalxmışdır.. Zirvə Kanada dəmir yolu şəbəkəsini yaradan və onun ərazisində saat qurşaqlarını tətbiq edən görkəmli mühəndis Ser Sandford Fleminqin adını daşıyır. "Peakware.com". www.peakware.com (ingilis). İstifadə tarixi: 2022-09-20.
Jeno Landler
Jenő Landler (23 noyabr 1875 – 25 fevral 1928), Macar kommunist siyasətçi və rəhbər. Qısa müddətdə yaşamış Macarıstan Sovet Respublikasının liderlərindən biri olmuşdur. == Həyatı == === Gəncliyi === Liseydən sonra hüquq təhsili almağa başlamış və siyasi fikirlərinə yaxın olan Macarıstan Sosial Demokratlar Partiyasına üzv olmuşdur. Partiyanın təşkil etdiyi metal işində işləyən fəhlələrin ittifaqı hərəkatında iştirak etmişdir. Siyasi dünyagörüşü sonralar sola istiqamətlənmiş və kommunist olmuşdur. === Oktyabr inqilabı === Birinci Dünya müharibəsi dövründə nə işlə məşğul olduğu bilinmir. Ancaq Oktyabr inqilabından sonra, xüsusilə Bela Kun və Tibor Szamuely ilə birgə köhnə Rusiya imperiyası torpaqlarında müharibə əsirliyinə düşmüş və oktyabr inqilabı ilə azadlığa qovuşmuş Macar əsgərlərinə Sosializm ideyalarını təbliğ etmək üçün ciddi mübarizə aparmışdır. Rusiya vətəndaş müharibəsi dövründə Bolşeviklərin tərəfində döyüşmüşdür. === Macarıstan Sovet Respublikası === 1919-cu ilin mart ayında Macarıstan Sovet Respublikası elan edildikdən sonra kommunist iqtidarda Daxili İşlər Xalq Komissarlığının rəhbəri olmuşdur. Respublika süquta uğradıqdan sonra, Avstriyaya qaçmışdır.