Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lanqustlar
Lanqustlar (lat. Palinuridae) — buğumayaqlılar tipinin ali xərçənglər sinifinin onayaqlılar dəstəsinin Palinuridae ailəsinə aid olan yeməli xərçənglər. Eyni zamanda ing. Rock lobsters — qısqaclı lobster kimi tanınır. Lanqustlar, xüsusilə Avstraliya, ABŞ, Yeni Zelandiya, İrlandiya, Cənubi Afrika və Bahamada yayılmışdır. Avstraliya və Yeni Zellandiyada onu ing. crayfish, sea crayfish, crawfish adlandırırlar. Uzunluğu 60 sm, çəkisi 5 kq qədər olan lanqustlar iri xərçənglərdən omara oxşasa da ondan qısqaclarının olmaması ilə fərqlənir. Bədəni və bığcıqları qüvvətli maşalara malikdirlər. Adətən dənizin 5–150 m dərinliklərində qayalar altında, korallar arasında təqribən 50 lanqustan ibarət zəncir şəklində cərigəli kaloniyalarla məskunlaşırlar.
Manqustlar
Manqustlar (lat. Herpestes) — Manqustkimilər fəsiləsinə, Pişikkimilər dəstəsinə aid cins. Manqustlar quş, ilan və xırda gəmiricilərlə qidalanır. == Növləri == Kiçik manqust (Herpestes auropunctatus) Qısaquyruq manqust (Herpestes brachyurus) Hind boz manqustu (Herpestes edwardsii) Qonur manqust (Herpestes fuscus) Misir manqustu (Herpestes ichneumon) Yava manqust (Herpestes javanicus) Uzunburun manqust (Herpestes naso) Bataqlıq manqustu (Herpestes palustris) Воротничковый manqust (Herpestes semitorquatus) Hind manqustu (Herpestes smithii) Yengəcyeyən manqust (Herpestes urva) Zolaqlıboyun manqust (Herpestes vitticollis) == Haqqında == Manqust Afrikada və Cənubi Asiyada yaşayan xırda məməlidir. O, dələlər fəsiləsinə aid olub, gəlinciyin və sincabın yaxın qohumudur. Uzun bədəni, yumşaq quyruğu və qısa ayaqları var. Manqust yuvada yaşayır və siçovullar kimi gəmiricilərlə və ilanlarla qidalanır.