Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mentorluq
Hər hansı ixtisas, peşə və ya sənətdə peşəkar insanın bu sahəyə marağı olan təcrübəsiz insanlarla şəxsi təcrübələrini paylaşması mentorluq adlanır. Mentorluq fəaliyyəti ilə məşğul olan şəxslərə mentor deyilir. Mentorluq fəaliyyətinə aşağıdakılar daxildir: Elm, biznes, karyera və s. üçün perspektiv yollar ilə tanış etmək; Şəxsi narahat edən məsələlər ilə maraqlanmaq və onların məxfiliyini qorumaq; Məsələlərlə bağlı obyektiv rəy, irad və təkliflərini vermək Həm uğursuzluq, həm də müvəffəqiyyətləriylə bağlı təcrübələrini bölüşmək; Qərəzsiz dəstək olmağa çalışmaq; Davamlı motivasiya dəstəyi vermək; Davamlı inkişafı təmin etmək üçün əlaqə və şəbəkə ilə təmin etmək.
Borley Rektorluğu
Borley Rektorluğu - Şərqi İngiltərənin Esseks əyalətinin Borley şəhərində yerləşən və İngiltərənin ən lənətlənmiş evi kimi təsvir edilmiş məşhur ev. 1862-ci ildə Borley kilsəsinin inzibati binası kimi tikilmiş və 1939-cu ildə baş vermiş yanğından sonra 1944-cü ildə sökülmüşdür. Qotik üslublu binanın tikildiyi gündən etibarən lənətləndiyi iddia edilmişdir. 1929-cu ildə Daily Mirror qəzetində sözügedən binada paranormal fəaliyyətlərin baş verməsi ilə bağlı xəbərlər dərc edilmişdir. Harri Pris adlı parapsixoloq Borley rektorluğu binasının ingiltərədə məşhurlaşmasında xüsusi xidmətləri olmuşdur.