Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lentşəkilli kabel
Lentşəkilli kabel (ing. ribbon cable) - lentşəkilli kabel, yastı kabel – bir yastı paket-lentdə birləşdirilmiş 8’dən 100’dək naqildən ibarət dəst; adətən, həm verilənlərin, həm də idarəedici siqnalların parallel ötürülməsini təmin edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Lentşəkilli qurdlar
Lentşəkilli qurdlar (lat. Cestoda) — heyvanlar aləminin yastı qurdlar tipinə aid heyvan sinfi. Parazit həyat tərzi özünü daha kəskin göstərir. Yetkin halda onurğalı heyvanların bağırsağında rast gəlinir. Cavan mərhələlərdə isə onurğasız və onurğalı heyvanların bədən boşluğunda və müxtəlif orqanlarına parazitlik edir. == Quruluşu və fiziologiyası == Bədən adətən uzununa dartılmış formada olub, lentşəkillidir. Uzunluğu 1mm-dən 10 m arasında dəyişir. Rəngi ağ və ya sarımtıl rəngdədir. Lentşəkilli qurdların bədəni başcıq, boyuncuq və buğumlardan ibarətdir. Başcıq üzərində əzələli sormaclar və qarmaqlar vardır.
Lentşəkilli qurdkimilər
Lentşəkilli qurdkimilər (lat. Cestodaria) — heyvanlar aləminin yastı qurdlar tipinin lentşəkilli qurdlar sinfinə aid heyvan yarımsinfi. == Haqqında == Bu yarımsinfə iki dəstədə birləşmiş bir neçə növ aiddir. Lentşəkilli qurdkimilərin nümayəndələri bir çox cəhətdən lentşəkilli qurdlara oxşardır və axırıncılarda olduğu kimi onlarda da həzm sistemi yoxdur. Bu səbəbdən də çox vaxt lentşəkilli qurdkimiləri yarımsinif kimi lentşəkilli qurdlar sinfinə aid edirlər. Halbuki, lentşəkilli qurdkimiləri lentşəkilli qurdlardan fərqləndirən bir sıra əlamətlər vardır. İlk növbədə bu fərq surfənin likoforun quruluşuna aiddir. Bunların sürfələrində lentşəkilli qurdların onkosferində olduğu kimi 6 qarmaqcıq deyil, 10 rüşeym qarmaqcıqı vardır. Lentşəkilli qurdlardan fərqli olaraq likoforun serkomeri çox vaxt ayrılmır, o yetgin ferdlərdə də qalır. Bütün lentşəkilli qurdkimilər buğumsuz quruluşda olub, bir cinsi aparata malikdir.
Lentşəkilli qurdlar (Cestoda)