Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Leviric
Leviric (ing. leverage) — kiçik bir dəyişikliklə hərəkət edən və nəticədə ortaya çıxan göstəricidə əhəmiyyətli dəyişiklik verən amil, rıçaq effekti. == Tərifi == BRE-ə görə, leviric cüzi dəyişikliyə malik olan, lakin bütövlükdə müəssisə, sənaye və s. üçün yaranan iqtisadi göstəricidə əhəmiyyətli dəyişiklik yaradan əməliyyat faktoru olan leverajın təsiridir ..
Beveric əyrisi
Beveric əyrisi (Beveridge curve) – işsizliyin səviyyəsi ilə iş vakansiyalarının səviyyəsini göstərən qrafik təsvirdir. Bu əyri İngilis iqtisadçısı Uilyam Beverecin adı ilə bağlıdır. Qrafikin ordinatında vakansiyaların səviyyəsi absisində isə işsizliyin səviyyəsi verilmişdir. İşsizliyin yüksək səviyyəsinə vakansiyaların aşağı səviyyəsi uyğun gəlir. Əgər müşahidə etsək, uzun müddət boyunca əyrinin kənara hərəkətində vakant yerlərin verilmiş səviyyəsi işsizliyin yüksək səviyyəsi ilə əlaqələnəcək və bu da əmək bazarının səmərəsiz idarə edilməsi, işsizlər və mümkün iş yerləri arasında uyğunsuzluğa səbəb olar. Vakant yerlərin sayı çox olduqca işsizliyin səviyyəsi azalacaq və əksinə. Beveric Əyrisi azalan funksiya hesab olunur.
Gibson Leveri
Yenö Reytyö (mac. Rejtő Jenő, əsl adı – Yenö Reyx, mac. Jenő Reich; psevdonimləri – P. Hovard, ing. P. Howard, Gibson Leveri, ing. Gibson Lavery; 29 mart 1905, Budapeşt – 1 yanvar 1943[…], Yevdakovo[d], Voronej vilayəti) — Macarıstan elmi fantastika yazıçısı, dramaturqu və jurnalisti. 29 mart 1905-ci il tarixində Avstriya-Macarıstan imperiyasının Budapeşt şəhərində anadan olmuş Yenö Reytyö 1 yanvar 1943-cü il tarixində SSRİ-nin respublikalarından olan Rusiya SFSR-nin Yevdakovo kəndində (o vaxtlar Nasist Almaniyasının işğalı altında), məcburi əməyə tabe ikən vəfat etmişdir. Yaradıcılıq fəaliyyətinin "pulp" təbiətli olmasına baxmayaraq, onun əsərləri sadəcə Macarıstanda yox, digər Mərkəzi Avropa ölkələri, eləcə də Şərqi Avropa ölkələrində də oxunur. == Həyatı == Yenö Reytyö 29 mart 1905-ci ildə Avstriya-Macarıstan imperiyasına daxil olan Budapeşt şəhərində (indiki Macarıstanın paytaxtı) anadan olmuşdur. 1924-cü ildə o, dram məktəbindəki təhsilini başa vurmuş, daha sonra isə Avropada böyük səyahətlərə çıxmışdır. Macarıstana qayıdan Yenö Reytyö dramaturgiya ilə məşğul olmağa başlamışdır.
Maria Maqdalena Keveriç
Maria Maqdalena Keveriç (19 dekabr 1746 – 17 iyul 1787, Bonn, Köln[d]) — bəstəkar Lüdviq van Bethovenin anası idi. == Həyatı == O, 1746-cı ildə Almaniyanın Reyn çayının qarşı tərəfində yerləşən Koblens şəhəri ilə qarşı-qarşıya yerləşən Erenbreytşteyn kəndində anadan olmuşdur. Onun valideynləri Yohan Henrix Keveriç (1701–1759) və Anna Klara Vestorff (1707–1768), 1731-ci ildə ailə həyatı qurmuşlar. 1733-cü ildən etibarən Yohan Erenbreytşteyndə yerləşən məhkəmə binasında baş aşpaz olmuşdur. Onların altı uşaqlarının ən gənci Maria Maqdalena idi. 30 yanvar 1763-cü ildə o Yohan Georq Leym ilə ailə qurmuş, lakin o, 1765-ci ildə həlak olmuşdur. 12 noyabr 1767-ci ildə o, Bonn şəhərində yerləşən Remiqius kilsəsində Yohan van Bethoven ilə ailə qurmuşdur. Yohanın atası Köln prensliyində kapelmeyster işləyirdi və Yohan burada saray musiqiçisi işləyirdi. Yohan və Maria van Bethovenin yeddi uşaqları olmuşdur: gələcəkdə bəstəkar olacaq Lüdviq ikinci, 1770-ci ildə doğulmuşdur. Maria 1787-ci ildə 40 yaşında, Bonn şəhərində vərəm xəstəliyindən dünyasını dəyişmişdir.
Letbric
Letbric (ing. Lethbridge) — Kanadanın Alberta əyalətində yerləşən şəhər.
Abarema levelii
Abarema levelii (lat. Abarema levelii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin abarema cinsinə aid bitki növü.
Jurinea levieri
Jurinea levieri (lat. Jurinea levieri) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Maliyyə levirici
Maliyyə levirici (maliyyə rıçaqı, kredit rıçaqı, rıçaq) — borc kapitalının öz kapitalına nisbəti (başqa sözlə, borc və öz kapitalı arasındakı nisbət). Tipik olaraq, bu nisbət hesablanarkən həm qısamüddətli öhdəliklər, həm də uzunmüddətli öhdəliklər daxil olmaqla öhdəliklərin ümumi məbləği nəzərə alınır. Bəzən yalnız uzunmüddətli öhdəliklərin məbləğindən istifadə olunur. Əgər əmsal 1-dən az dəyər alırsa, bu o deməkdir ki, şirkətin aktivləri daha çox öz kapitalı hesabına maliyyələşdirilir. Leviric nisbəti 1-dən çox olarsa, o zaman şirkətin aktivləri daha çox borc vəsaitləri hesabına maliyyələşdirilir. Həmçinin, maliyyə rıçaqları və ya maliyyə rıçaqlarının təsiri, kifayət qədər kapital olmadan əməliyyatların və mənfəətin həcmini artırmaq üçün borc vəsaitlərindən istifadənin təsiridir. Borc kapitalının kapitala nisbətinin ölçüsü risk dərəcəsini və maliyyə sabitliyini xarakterizə edir Maliyyə levirici yalnız treyder borc vəsaitlərindən istifadə etdikdə yarana bilər. Borc kapitalı üçün ödəniş adətən onun təmin etdiyi əlavə mənfəətdən az olur. Bu əlavə mənfəət kapitalın gəlirliliyinə əlavə olunur ki, bu da onun gəlirliliyini artırmağa imkan verir. Kreditorlar borcalanlar üçün aşağı leviric nisbətlərinə üstünlük verirlər, çünki belə bir vəziyyətdə kreditorlar kredit alanın müflis olması halında daha yaxşı qorunur.
Cill Severi
Cill Severi (2 may 1972) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. == Karyerası == Cill Severi Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Cill Severi Olimpiadanın qalibi olub.
Eteric adaları
Eteric adaları — Frans-İosif Torpağı arxipelaqına daxil olan iki adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adalar amerika paleotoloqu Riçard Emmett Etiricin şərəfinə adlandırılmışdır. Adaların ayrılıqda adı yoxdur. == Yerləşməsi == Adalar arxipelaqın cənubunda, Quker adasının cənub-qərb qutaracağında yerləşən Uqolnıy burnundan 11 km cənubda yerləşir. == Xüsusiyyətləri == Adalar buzla örtülmürlər. Qrupa daxil olan ən iri adanın uzunluğu 2,5 km, eni isə 1,2 km-dir. Kiçik ada isə 800 metr uzunluğa sahibdir.
Karaş-Severin (judets)
Karaş-Severin judets (rum. Județul Caraș-Severin) — Banat tarixi bölgəsinin, Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. == Coğrafiyası == Sahə — 8520 km². Rumıniyanı qərbində yerləşən judetslər arasında sahəsinə görə ən böyük olan judets 3-cü yerdədir. Cənub-qərbdə — Serbiya ilə, şərqdə — Xunedoara və Qorj, şimalda — Timiş və cənub-şərqdə — Mexedintsi judetsləri ilə sərhəddir. == Əhalisi == 2007-ci ildə əhalinin sayı 327 579 nəfər təşkil edirdi, sıxlığı — 38,47 nəf./km². == İnzibati bölgüsü == Judetsə 2 bələdiyyə, 6 şəhər və 69 kommuna daxildir.
Pəvəris (Miyanə)
Pəvəris (fars. پاورس‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 183 nəfər yaşayır (36 ailə).
Sevərin (Sayınqala)
Sevərin (fars. صورين‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 657 nəfər yaşayır (146 ailə).
İvana Lovriç
İvana Lovriç (d. 1 sentyabr 1984) — Xorvatiyanı təmsil edən həndbolçu. İvana Lovriç Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.