Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Libretto
Librе́tto (italyan dilində libro sözündən əmələ gəlmiş libretto — kitab) — dünyəvi, yaxud ruhani səciyyə kəsb edən irihəcmli vokal, yaxud vokal olması vacib olmayan, (məsələn, opera, balet, operetta, oratoriya, kantata, müzikl) əsərin ədəbi əsası. Bir qayda olaraq, libretto əksər hallarda qafiyəli şeirlə yazılır. Reçitativ üçün nəsrdən istifadə etmək mümkün sayılır. Əsas etibarilə libretto üçün süjet ədəbi əsərlər olur. Bu təqdirdə ədəbi əsərlər musiqi və səhnənin tələblərinə uyğun olaraq dəyişdirilir. Nadir hallarda, məsələn, opera üçün yazılan librettonun müəllifi bəstəkarın özü olur. Buna misal Rixard Vaqnerin yaradıcılını gətirmək olar. Librettonun qısa icmalı sinopsis adlanır. Librettonu tədqiq edən sahə librettologiya adlanır.
Liana Liberato
Liana Liberato—ABŞ kino və televiziya aktrisası.The best of me və Trust filmlərində oynadığı rollar ilə daha çox tanınıb.
Patritsiya Libreqts
Patritsiya Libreqts (d. 22 fevral 1966) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Patritsiya Libreqts, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.