Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Limnofil
Limnofil — durğun suyu sevən orqanizmlər. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” (Dərs vəsaiti). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2004, s. 379 – 424.
Litofil elementlər
Litofil elementlər - Qoldşmidt, 1933 - oksigenlə əlaqəyə girməyə meyil edən və süxurların əsasını təşkil edən silikatları əmələ gətirən elementlər. Litofil elementlər 50-dən çox element aid edilir. Siderofil dəmir istisna olmaqla, klarkları 0,5-dən çox olan bütün elementlər, o cümlədən O, Si, Al, Mg, Ca, Na, K, Ti və b. litofil elementlərə aiddir. == Həmçinin bax == Oksigen Süxurlar Silikatlar Kimyəvi elementlər Klark == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Mentha aquatica var. limnobia
Su nanəsi (lat. Mentha aquatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. Çoxillik, uzun, sürünən zoğludur. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, budaqlı, demək olar ki, çılpaq və ya tüklənmiş bitkidir. Yarpaqları saplaqlı, 2-5 sm uzunluqda, 1-3 sm enində, uzunsov yumurtavari və ya elliptik, küt və ya ucubiz, kənarları mişarvari, zəif tüklü, yaşılbozumtul rəngdədir. Köbələri çoxçiçəklidir, 2-3 sayda gövdənin və budaqların təpəsində birləşərək kürəvari, oval və ya uzunsov başcıqlı çıçəkqrupunda yığılmışdır. Kasacıqları pırpızlaşmış tüklü, boruvari, tacı 6-8 mm uzunluqda, çəhrayıdır. Fındıqcıqları yumurtavari, xırda nöqtəlidir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.