Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Limnologiya
Limnologiya — quru hidrologiyasının bir şöbəsi olub, gölləri, su anbarlarını və bataqlıqları öyrənən elm. == Ümumi məlumat == Limonologiyanın başlıca vəzifəsi sututarlarda daim dəyişib inkişaf edən fiziki, kimyəvi və bioloji proses və hadisələrin qanunauyğunluqlarının, bu proseslərin ətraf mühitlə əlaqəsinin öyrənilməsidir. Limnologiya elminin əsasları XIX əsrin ikinci yarısında İsveçrə alimi Fransua Fovel tərəfindən formalaşdırılmışdır. 1885-ci ildə Londonda keçirilən beşinci Beynəlxalq Coğrafiya konqresində gölşünaslığın məqsəd və vəzifələrini əsaslandıraraq onu coğrafiya elmləri sisteminə daxil olan hidrologiyanın bir bölməsi kimi əsaslandırmışdır. Müasir limnoloji tədqiqatlarda landşaft və balans üsulları əsasında formalaşan kompleks-coğrafi istiqamət əsas yer tutur.
Sinofobiya
Sinofobiya (lat. Sinae - Çin və yun. φόβος/phobos - qorxu) — Çinə Çinlilərdə və ya Çin mədəniyyətinə qarşı duyğular. Çinpərəstliyin (və ya sinofiliyanın) əksi. Honkonq suverenliyi Çinə 1997-ci ildə ötürülmüşdü. Halbuki, bəzi Honkonqlular özlərini Çinli kimi tanımırlar. 2014-cü ilin dekabr ayında Honkonq Universiteti tərəfindən aparılan sorğusunda iştrak edənlərin 42,3%-i özünü Honkonq vətəndaşı, 17,8%-i Çin vətəndaşı, 39,9%-i isə ikisi də olduğunu (Honkonq Çinlisi və ya Çində yaşayan Honkonqlu) dedilər. Ötürülməkdən sonra, Honkonqu ziyarət edən kontinental Çinlilərin sayı artmağa başlayıb. 2011-ci ildə onların sayı 28 milyona çatmış. Kontinentdən gələn bəzilərin davranışı yerlilər tərəfindən mənfi qarşılanır.