Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lokmaçı qapısı
Lokmacı qapısı və ya Lokmacı Sərhəd Qapısı(yun. οδός Λήδρας, türk. Lokmacı Kapısı) — Kipr adasını iki hissəyə ayıran və BMT tərəfindən nəzarət olunan "yaşıl zona"da yerləşən Lokmaçı (Ledra) nəzarət-buraxılış məntəqəsi.Lokmaçı sərhəd qapısının açılması barədə qərar yunan Kiprinin prezidenti Dimitris Xristofias və türk tərəfinin prezidenti Mehmet Əli Tələtin 21 martda keçirilən görüşündə qəbul olunub.Kipr adasını ikiyə bölən təxminən uzunluğu 180 kilometr olan Yaşıl Xətt üzərindəki beş ayrı gömrük qapısından biridir. Kıbrıs Respublikasında ictimai qarşıdurmaların yaşandığı 1963–1964 hadisələri zamanı bağlanılan keçid, 3 aprel 2008 tarixində yenidən açıldı Adanın yunan və türk icmaları arasında 1963-cü ildə başlanan hərbi münaqişə nəticəsində bağlı qalan keçidin açılışına hər 2 tərəfdən rəsmilər qatılıb. Kipr adasında tarixi hadisə baş verib. Adanın yunan və türk icmaları arasında 1963-cü ildə başlanan hərbi münaqişə nəticəsində 45 ildir bağlı qalan Lokmaçı qapısı gediş-gəliş üçün açıq elan olunub. Yunanların Nikosiya, türklərin isə Lefkoşa adlandırdığı şəhərin mərkəzindəki keçidin açılışına hər 2 tərəfdən rəsmilər qatılıb. Rəsmi açılış zamanı Lefkoşa türk bələdiyyəsiylə Nikosiya yunan bələdiyyəsinin rəhbərləri əvvəlcə türk tərəfinə, sonra isə yunan tərəfinə keçməklə gediş-gəlişin əsasını qoyublar. Bundan sonra adi vətəndaşlar da sərhəddən qarşı tərəflərə keçiblər. Türk bələdiyyəsi mərasim zamanı iştirakçılara şirniyyat paylayıb və xalq çalğı alətləri ilə şənlik təşkil edib.
Pokaçi
Pokaçi — Rusiya Federasiyasında yerləşən şəhər. Xantı-Mansi muxtar dairəsinə daxildir.
Dani Lokati
Dani Lokati (3 yanvar 1977, Milan) — İtaliyanı təmsil edən skeletonçu. Dani Lokati, İtaliyanı 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Dani Lokati, 2002-ci ildə İtaliya yığmasının heyətində Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Dani Lokati, 1-ci gedişdə 53.19 saniyə, 2-ci gedişdə isə 53.46 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında 9-cu yerdə başa vurdu.