Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Moneron adası
Moneron adası (rus. Монерон, yap. 海馬島) — Saxalinin cənub-qərb sahilindən 43 kilometr aralıda, Tatar boğazında bir ada. 1905-1945-ci illərdə Kaibato adı ilə Moneron Yaponiyanın Karafuto qubernatorluğunun tərkibində idi. İndi ada Rusiyanın Saxalin vilayətinin Nevelsk şəhər rayonunun bir hissəsidir. Adanın cənub hissəsində mayak və hava stansiyası var. Aktiv iqtisadi fəaliyyətin izləri eramızdan əvvəl 1 min illərə təsadüf etsə də, hazırda daimi əhali yoxdur. Müxtəlif dövrlərə aid 12 mədəni irs abidəsi vardır. 1905-1970-ci illərdə adada daimi mülki əhali yaşayıb. Ətrafdakı qayalıqlar quş koloniyaları üçün məskəndir.