Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müsəlləm
Müsəlləm (erm. Մուսալլամ) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən Lernadzor kənd icmasına daxil olan kənd. Kənd Qafan şəhərindən 17 km şimal-qərbdə, Oxçuçayın sağ sahilində, Əcili çayının solunda, səfalı düzənlikdə yerləşir. == Tarixi == == Etimologiyası == Toponim şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Sadə quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 34 nəfər, 1922-ci ildə 36 nəfər, 1926-cı ildə 44 nəfər, 1931-ci ildə 104 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə əhalisi qovulmuşdur. 1922-ci ildə əhalinin az hissəsi qayıtmış və yenidən məskunlaşmışdır. 1988-ci ilin noyabrında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə öz yurd-yuvalarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.
Məcəllə
Məcəllə (lat. codex — kitab) — bir və ya bir neçə sahənin sitemləşdirilmiş normalarını özündə birləşdirən hüquqi akt. Məcəllənin strukturu əsasən sahənin sitemini əks etdirir. Sahə haqqında qanunvericiliyin məcəllə ilə sistemləşdirilməsi sahə ilə bağlı müxtəlif normaların vahid normativ kompleksə salınma prosesidir. == Mənbə == Кодексы морали. Профессиональная этика Arxivləşdirilib 2008-09-05 at the Wayback Machine (rus.) Кодексы Республики Беларусь. Новые редакции. Архив Кодексы Украины. Комментированные кодексы. Arxivləşdirilib 2014-09-19 at the Wayback Machine Земельный кодекс Украины, с изменениями и дополнениями по состоянию на 22 марта 2010).
Mücərrəd məkan
Mücərrəd məkan — coğrafiyada eyni və ardıcıl xüsusiyyətlərlə xarakterizə olunan hipotetik bir məkandır; tamamilə homojen bir coğrafi məkandır. Bu məkanda bütün istiqamətlərdə və hər yerdə bütün hərəkətlər eyni dərəcədə asan və ya çətin olacaq. Bu konsepsiya, mənzərə kimi kənar dəyişənləri məhdudlaşdırmaq və ya istisna etməklə məkan fəaliyyətini və davranışını modelləşdirmək və ya təhlil etmək üçün faydalıdır. Məsələn, tədqiqatçılar mədəniyyət və ticarət arasındakı əlaqəni öyrənmək istəyirlərsə, modellərinin sıxışdırılmasını və dağ maneələri və çaylar kimi faktorların təsirinə məruz qalmasını istəmirlər, çünki mədəniyyətin özünün ticarətə necə təsir etdiyini modelləşdirmək məqsədindən yayındırırlar.
Mücərrəd mənalı sözlər
Mücərrəd mənalı sözlər — varlığını yalnız ağıl və məntiqlə dərk etdiyimiz sözlər.Yəni gözlə görə bilmədiyimiz şəklini çəkə bilmədiyimiz sözlər. Məsələn, ruh, ağıl, vicdan, ədalət, ağrı, kədər, eşq, inanc,sevgi, müəllimlik, yaxşılıq, arzu və s.
Ferdinand von Mueller
Ferdinand Müller (alm. Ferdinand von Mueller, Ferdinand Jacob Heinrich Mueller‎, 1825—1896) — XIX əsr alman təbiətşünası, botaniki, coğrafiyaşünası. Avstraliyanın təbiətinin öyrənilməsində müstəsna xidmətləri olub.