Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bedia Müvahhit
Bedia Müvahhit (türk. Bedia Muvahhit; doğum adı Əminə Bedia Şekip, Emine Bedia Shekip; 1896, Kadıköy, İstanbul ili – 20 yanvar 1994, İstanbul) — Türkiyə aktrisası. O, ilk müsəlman aktrisalarından biri hesab olunur. == Bioqrafiya == Bedia Müvahhit 16 yanvar 1897-ci ildə Osmanlı imperiyasının paytaxtı İstanbulun Kadıköy məhəlləsində prokuror Şekip bəyin və həyat yoldaşı Refiki xanımın ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini Böyükada adasındakı Müqəddəs Antuan məktəbində almışdır. Müvahhit məktəbi bitirdikdən sonra İstanbulda Notr-Dam-de-Sion Fransız liseyinə daxil olmuşdur. Bedia türk və fransız dillərinə əlavə olaraq, yunan dilini də bilirdi. Bedia Müvahhit 20 yanvar 1994-cü ildə İstanbul Universiteti Xəstəxanasında vəfat etmişdir. O, Aşyan qəbiristanlığında dəfn edilmişdir.
Mirzə Məhəmmədəli Müzəhhib İsfəhani
Mirzə Məhəmmədəli Müzəhhib İsfəhani (İsfahan – 1852) — İran ədəbiyyatşünası, təzkirəçisi, şairi. == Həyatı və fəaliyyəti == Qacar dövrünün tanınmış şair və yazıçılarından olmuş Mirzə Məhəmmədəli Müzəhhib İsfahani (vəfat tarixi: h. 1268-ci ildən (m. 1851–1852) sonra) gəncliyində "Bahar" yaşlı çağlarında "Fərhəng" təxəllüsü ilə əsərlər yazmış, İsfahan şəhərində yaşamışdır. Onun ata-baba sənəti Qurani-Kərimi təzhib etmək (qızıl suyuna çəkmə, bəzəmə) olmuşdur. Yazıçı bu sənətin ustası olduğuna, dolanışığını bu yolla təmin etdiyinə görə "Müzəhhib" adlanmışdır. M. Müzəhhib Məhəmməd şah Qacar dövründə İsfahan hakimi Mötəmədüddövlə Mənuçehr xan Gürcinin mədhinə 20000 beyt həcmində şeirlərdən ibarət "Mədayehül-Mütəmədiyyə" adlı kitab yazmışdı. Bu kitaba görə şairə paxılllıq edənlər, onu gözləri götürməyənlər belə bir şayiə yaydılar ki, guya o, öz kitabındakı şeirlərini Seyid Hüseyn Məcmər Zəvareinin divanından intihal etmiş, mənimsəmişdir. Deyilənlərə görə, bundan çox kədərlənən, o zaman "Bahar" təxəllüslü şair düşmənlərindən qisas almaq üçün "Yəxçaliyyə" təzkirəsini yazmışdır. Qacarlar hakimiyyətinin son dövrünün sufiməslək Azərbaycan şairi və yazıçısı Əsrar Əli Şah Təbrizi özünün "Behcətüş-şüəra" və "Hədiqətüş-şüəra" adlı təzkirələrini yazarkən Müzəhhib İsfahaninin "Yəxçaliyyə"sindən təsirlənmişdir.