Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bakı Məktəbəqədər Pedaqoji Texnikumu
Bakı Sosial Pedaqoji Kolleci (əvvəlki adı: Bakı Məktəbəqədər Pedaqoji Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == Əvvəlki adı Bakı Məktəbəqədər Pedaqoji Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən bu ad ilə adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Bakı Humanitar Kollecinə qoşulmuşdur. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanmışdır: Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); Təsviri incəsənət müəllimliyi; Ailə və ev təhsili; Məktəbəqədər təhsildə korreksiyaedici təlim; Məktəbəqədər təlim və tərbiyə.
Məktəbəqədər və ibtidai təhsil (jurnal)
Məktəbəqədər və ibtidai təhsil jurnalı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodik nəşridir. Məcmuə 1970-ci ildə "Azərbaycan məktəbi" jurnalına əlavə olaraq "İbtidai məktəb və məktəbəqədər tərbiyə" adı ilə çap olunmağa başlayıb. Jurnal 2000-ci ildən etibarən "Azərbaycan məktəbi" jurnalının əlavəsi kimi deyil, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müstəqil elmi-metodik nəşri kimi fəaliyyətini davam etdirir. 2009-cu ildən jurnalın adı dəyişdirilərək "Məktəbəqədər və ibtidai təhsil" adlandırılıb. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən nəşrlər sırasına daxildir. == Haqqında == Elmi-pedaqoji prosesin effektivliyini yüksəltmək məqsədilə yeni məcmuələrin yaranmasına hər zaman ciddi ehtiyac olmuşdur. 1970-ci ilə qədər məktəbəqədər və ibtidai təhsil haqqında, bu sahədəki problemlərlə bağlı yazılar ancaq müvafiq kitab, qəzet və ədəbi-bədii jurnallarda çap olunduğundan, ayrıca elmi-metodik jurnalın nəşrinə ehtiyac var idi. Buna görə də Azərbaycan SSR Maarif Nazirliyinin qərarı ilə 1970-ci ilin fevral ayında "Azərbaycan məktəbi" jurnalına əlavə olaraq "İbtidai məktəb və məktəbəqədər tərbiyə" jurnalı çap olunmağa başladı. Həcmi 6 çap vərəqi olan və ildə 6 dəfə dərc edilən bu məcmuənin ilk baş redaktoru pedaqogika elmləri doktoru, professor Yəhya Kərimov oldu. Jurnal ildə 25–28 min tirajla çap olunurdu.