Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mərəköçdü
Mərəköçdü (az-əbcəd. مره کؤچدو‎) — Azərbaycanda daşla oynanılan strategiya oyunu. Hər bir oyunçu 3 mərə (oyuq) və 21 daşla oyuna başlayır. Mərəköçdü oyunun tarixi çox qədimlərə gedib çıxır. Metin Anda görə oyun Asiya mənşəlidir. 1979-cu ildə "Beynəlxalq Mədəniyyət Jurnalı"nda Türkiyədə manqala, Azərbaycanda mərəköçdü adlandırılan oyunun mətni verilmişdir. Bu oyunu iki və ya dörd uşaq oynayır. Dairə şəklində hər uşağa üç mərə düzəldirlər. Hərə 21 balaca daş götürür, daşları iki-iki saymaqla mərə-mərə paylayıb yığır. Say belədir: Hər mərəyə yeddi daş yığırlar.