Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Roberta Metsola
Roberta Metsola (malta Roberta Metsola Tedesco Triccas) — Malta siyasətçisi. Malta Milliyyətçi Partiyasının üzvü. 18 yanvar 2022-ci ildən bəri Avropa Parlamentinin sədri, indiyə qədər prezident seçilən ən gənc siyasətçi və üstəlik bu vəzifəni tutan üçüncü qadındır. Avropa Parlamentinin keçmiş Birinci vitse-prezidenti (2020-2022). 2013-cü ildən Maltadan Avropa Parlamentinin üzvü, Avropa Xalq Partiyasının (Avropa Parlamentindəki Xristian Demokratik qrupu) fraksiyasının üzvü. O, 18 yanvar 1979-cu ildə Maltanın Sent Culians şəhərində anadan olub. Valideynləri: Rita və Cefferi Tedesko Trikkas. 2003-cü ildə o, Malta Universitetinin Hüquq fakültəsini bitirib, burada Avropa hüququ və siyasəti üzrə təhsil alıb. 2003-2004-cü illərdə Brüggedəki özəl Avropa Kollecində aspirantura təhsili alıb və burada Avropa hüququ üzrə oxuyub. 2000-2002-ci illərdə Mərkəz-Sağ Avropa Tələbə Demokratlarının (EDS) sədr müavini olub.