Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Intelligent Machines Journal
"InfoWorld" (əvvəllər "The Intelligent Machines Journal") — ABŞ informasiya texnologiyaları jurnalı. 1978-ci ildə əsası qoyulmuş, aylıq jurnal kimi fəaliyyətə başlamışdır. 2007-ci ildə şirkət jurnalı yalnız onlayn nəşr etmək qərarına gəldi. Sahibi "International Data Group" şirkətidir. "InfoWorld"un baş qərargahı San-Fransiskoda yerləşir. Yarandığı gündən "InfoWorld"un əsas oxucuları informasiya texnologiyaları və biznes mütəxəssisləri olmuşdur. "InfoWorld" öz diqqətini təcrübəli texnoloji jurnalistlərin və praktiki təcrübəçilərin praktiki, analitik və redaksiya məzmununa yönəldir. Sayt ayda orta hesabla 4,7 milyon, ayda 1,6 milyon unikal ziyarətçi əldə edir. == Tarixi == "InfoWorld" 1978-ci ildə Cim Vorren tərəfindən "Intelligent Machines Journal" adı altında təsis edilmişdir. Jurnal 1979-cu ilin sonlarında onu "IDG"yə satılmışdır.
International Business Machines
IBM (tələffüzü: ay-bi-em; ing. International Business Machines) — əsası 16 iyun 1911-ci ildə qoyulan, texnologiya və konsaltinq sahəsində ixtisaslaşmış ilk transmilli kompüter şirkətlərindən biri. IBM kompüter texnologiyaları sahəsində və satış həcminə görə dünya lideridir. IBM meynfreymləri mavi rəngli idi və buna görə də mətbuatda bu şirkəti çox zaman Big Blue ("Mavi nəhəng") adlandırırlar. Baş qərargahı Armonkda (Nyu-York olan IBM dörd şirkətin birləşməsindən yaranıb. Onlardan biri – The Tabulating Machine Company tabulyatorların istehsalı ilə məşğul idi. 1935-ci ildə International Business Machines (IBM) şirkəti IBM-601 hesablayıcılarının geniş istehsalına başladı. 1937-ci ildə IBM şirkətinin mühəndisləri Howard Arken və Brown ilk avtomatik kompüterini düzəltdilər. Bu IBM-in ilk modeli olan MARK-I idi. 1956-cı ildə Massaçusets Texnologiya İnstitutunda tranzistor əsaslı ilk kompüter, "IBM" şirkəti tərəfindən isə ilk elektron informasiya daşıyıcısı "KAMAC-305" sərt diski yaradıldı.