Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Midazolam
Dormicum (Midazolam) – qısa müddətli təsirə malik benzodiazepinlər qrupundan olan sakitləşdirici, yuxugətirici dərman preparatı. Dormikum güclü anksiolitik, amnestik, qıcolma əleyhinə, sedativ effektli, sklet əzələlərini boşaldıcı qabiliyyətə malikdir. Tibbi invaziv müdaxilələrdən öncə pasientləri sakitləşdirmək məqsədilə, süni komalarda geniş istifadə olunur. Uzunmüddətli istifadə asılılıq yarada bilər.