Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Argentavis magnificens
Argentavis (lat. Argentavis magnificens — «Nəhəng argentina quşu») — Nəslikəsilmiş Teratornithidae quş fəsiləsinə aid növ. Onlar üst Miosen dövründə Cənubi Amerika ərazisində yayılmışdır. == Görünüşü == Argentavis elmə məlum olan və dünya tarixində uçmağı bacaran ən böyük quş hesab edilir. 2014 ildə Pelaqornisə aid yeni ( Pelagornis sandersi ölçülərinə bərabər) növ aşkarlanır Argentavisə qədər ən iri uçmağı bacaran quş Dəniz yalançıdiş quşlar (Pelagornithidae fəsiləsinə aid) hesab edilir. Onların qanadlar arasında məsafə 6 metr təşkil edirdi. Argentavis 5—8 milyon il önçə əvvəl müasir Argentina ərazisində yayılmışdır. Onun çəkisi 70 kq təşkil edirdi. Onların hündürlüyü 1,26 m, qanadlar arasında məsafə 7 metr təşkil edirdi Kəlləsi 45 sm uzunluğa malik idi. Çiyin sümüyü 1 metr təşkil edirdi.