Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mahodand gölü
Mahodand gölü (puşt. د ماهو ډنډ - "Balıqlar gölü") — Pakistanın şimal-qərbində, Hayber-Paxtunxva əyalətinin Svat rayonun Kalam bölgəsindən 40 km uzaqlıqda, Uşo dərəsində yerləşən göl. Gölə hər il minlərlə turist və bayramını yaxşı keçirmək istəyən insan axışır. Göl balıqçılıq və qayıq idmanı üçün əlverişlidir. == Coğrafiya == Mahodand gölü Hindukuş dağlarında — dəniz səviyyəsindən 2865 metr yüksəklikdə yerləşir. Göl sulu və yaşıl çəmənliklərlə, qarlı dağlarla və sıx meşələrlə əhatə olunub. Gölün sahillərində çox hündür şam ağacları bitib, ziyarətçilər sahilindəki otlaqlardan düşərgə yeri kimi istifadə edirlər. Mahodand gölü Hindukuş dağlarından gələn qar suları və yeraltı sular hesabına qidalanır, Svat çayının əsas sol qolu olan Uşu Xvar çayı başlanğıcını bu göldən götürür. Gölün yaxınlığında Səyfullah və Nasərullah gölləri yerləşir. == Flora və fauna == Qış dövründə Mahodand gölü buz tutur və üzəri ağır qar təbəqəsi ilə örtülür.