Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Makiavellizm
Makiavellizm — siyasət. Bu siyasətin tərəfdarları məqsədə nail olmaq üçün heç bir vasitədən çəkinmir, hər bir izzətt və namusu tapdalayırdılar. Bu termin XV əsrin axırları – XVI əsrin əvvəllərindəki italyan siyasi xadimi Nikkolo Makiavellinin adından əmələ gəlmişdir; o, İtaliya hakimlərinə məsləhət görürdü ki, qarşıya qoyulan məqsədə nail olmaq üçün heç bir vasitədən (hətta riyakarlıq, aldatmaq, xəyanət və öldürməkdən də) çəkinməsinlər. == Mənbə == V.İ.Lenin, "Partiyanın nizamnaməsi haqqında", Bakı, "Azərnəşr", 1973, səh. 256.
Makiavelli
Niccolò di Bernardo dei Machiavelli (3 may 1469[…], Florensiya – 21 iyun 1527[…], Florensiya) — İntibah dövründə yaşamış italyan diplomat, yazıçı, filosof və tarixçi. O, daha çox təxminən 1513-cü ildə yazılmış, lakin 1532-ci ilə qədər nəşr olunmayan "Hökmdar" adlı siyasi traktatı ilə tanınır. Makiavellini siyasi fəlsəfənin və siyasi elmin atası adlandırırlar. == Həyatı == Nikkolo Makiavelli 1469-cu il may ayının 3-də İtaliyanın Florensiya şəhərində, hüquqşünas ailəsində anadan olub. İtaliyada humanizm hərəkatının yol açdığı təhsil proqramına uyğun olaraq, qrammatika, ritorika, Latın dili və mədəniyyəti təhsili alıb. O zamanlar Florensiyanın yunan mədəniyyətinin Avropadakı mərkəzi hesap edilməsinə baxmayaraq, Makiavelli yunanca bilmirdi. Atasından qalan mülk işləmədən yaşamasına yetmədiyi üçün, o işləmək məcburiyyətində qalır. 1484-cü ildə Makiavelli katib və səfir kimi Florensiya hökumət xidmətinə daxil olmuşdu. 1494-cü ildə Florensiyanı 60 il idarə edən Medici ailəsi devrilirək sürgünə göndərilir və Florensiyada respublika üsul idarəsi qurulur. Daha sonra Makiavelli hərbi işlər üzrə diplomatik konsul vəzifəsinə təyin edilir.
Hökmdar (Makiavelli)
Hökmdar və ya Şahzadə — (it. Il Principe ; it. il ˈprintʃipe lat. De Principatibus) 16-cı əsrdə Florensiyalı (İtaliya) diplomat və siyasi nəzəriyyəçi Nikkolo Makiavelli tərəfindən yazılmış, hökümdar və kraliyyət üzvlərinin siyasi hökm və strategiyaları üçün nəzərdə tutulmuş təlim kitabıdır. Kitabın ümumi mövzusu, şahzadələrin şöhrət və sağ qalmaq kimi məqsədlərinin bu məqsədlərə çatmaq üçün hər bir vasitələrdən istifadə etməyə haqq qazandıra biləcəyini qəbul etməkdir. Makiavellinin ən məşhur əsəri sayılır və daha sonra ortaya çıxan "Makiavellizm" nəzəriyyəsinin təməlini yaratmışdır. Şahzadənin bəzən müasir fəlsəfənin , xüsusən də müasir siyasi fəlsəfənin ilk sərlərindən biri olduğu iddia edilir , burada "təsirli" həqiqət hər hansı bir mücərrəd idealdan daha vacib sayılır. O, həmçinin dövrün dominant katolik və sxolastik doktrinaları ilə, xüsusən də siyasət və etika ilə bağlı olanlarla birbaşa ziddiyyət təşkil etməsi ilə diqqət çəkir . == Məzmun == Şahzadə həll edəcəyi mövzunu təsvir etməklə başlayır. Birinci cümlədə Makiavelli " dövlət " (İtalyanca stato , həm də " vəziyyət " mənasını verə bilər) sözündən neytral mənada "ali siyasi hakimiyyətin bütün təşkili formalarını, istər respublika, istərsə də knyazlıq formalarını" əhatə etmək üçün istifadə edir.
Nikkolo Makiavelli
Niccolò di Bernardo dei Machiavelli (3 may 1469[…], Florensiya – 21 iyun 1527[…], Florensiya) — İntibah dövründə yaşamış italyan diplomat, yazıçı, filosof və tarixçi. O, daha çox təxminən 1513-cü ildə yazılmış, lakin 1532-ci ilə qədər nəşr olunmayan "Hökmdar" adlı siyasi traktatı ilə tanınır. Makiavellini siyasi fəlsəfənin və siyasi elmin atası adlandırırlar. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına (72-ci) daxil edilib. Nikkolo Makiavelli 1469-cu il may ayının 3-də İtaliyanın Florensiya şəhərində, hüquqşünas ailəsində anadan olub. İtaliyada humanizm hərəkatının yol açdığı təhsil proqramına uyğun olaraq, qrammatika, ritorika, Latın dili və mədəniyyəti təhsili alıb. O zamanlar Florensiyanın yunan mədəniyyətinin Avropadakı mərkəzi hesap edilməsinə baxmayaraq, Makiavelli yunanca bilmirdi. Atasından qalan mülk işləmədən yaşamasına yetmədiyi üçün, o işləmək məcburiyyətində qalır. 1484-cü ildə Makiavelli katib və səfir kimi Florensiya hökumət xidmətinə daxil olmuşdu. 1494-cü ildə Florensiyanı 60 il idarə edən Medici ailəsi devrilirək sürgünə göndərilir və Florensiyada respublika üsul idarəsi qurulur.