Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alaşaxan
Alaşaxan (qaz. Алашахан) — XV–XVII əsrlərdə yaşayış məntəqəsi. İndiki Qazaxıstanın Ulıtau kəndindən 18 kilometr (11 mil) aralıda, Karatal çayının sol sahilində yerləşir. Alkey Xaqanoviç Marqulanın rəhbərlik etdiyi arxeoloji ekspedisiya nəticəsində tapılmışdır. Burada iri çiy kərpicdən və çınqılla qarışdırılmış gildən hörülmüş qala və müdafiə divarının qalıqları tədqiq edilmişdir. Əsas qala dördbucaqlı formadadır (90x92 metr), ətrafı divarla (eni 4,5 metr) və eni 3,5–4 metr olan xəndəklə əhatə olunmuşdur, künclərdə bürclərin izləri qalmışdır. Darvazası cənubda yerləşir. Qalanın şərqində dördbucaqlı formalı (65x70 metr) daha kiçik bir qala da var.
Neoseiulus malaban
Neoseiulus malaban (lat. Neoseiulus malaban) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Qazabaxan qız (Buqro)
"Qazabaxan qız" (fr. La Gardeuse d'oies) — fransız akademik rəssamı Vilyam Buqronun 1891-ci ilə yağlı boya ilə işlədiyi rəsm əsəri. Əsər Buqronun gözəl gənc qızları təsvir etdiyi çoxsaylı əsərlərindən biridir. Əsər hazırda Kornel Universitetinin Herbert F. Conson İncəsənət Muzeyində saxlanılır.