Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Katrin Mansfild
Katrin Mansfild Boçamp Murri — Görkəmli modernist Yeni Zelandiyada doğulmuş İngilis qısa hekayə yazıçı.19 yaşında Katrin Yeni Zelandiyanı tərk etmiş və İngiltərdə məskunlaşmışdır.İngiltərədə o,modernist yazıçılar Oldes Haksli, David Lavrens və Virciniya Vulf ilə dostluq əlaqləri yaratmışdır.Onun qısa hekayələrində şüur axınından istifadə olunmuşdur.1917-ci ildə vərəm diaqnozu qoyulur.34 yaşında Fransada vəfat edir. == Həyatı == Mansfild 1888-ci ildə Vellinqtonda görkəmli ailədə dünyaya gəlmişdir.Atası Yeni Zelandiya bankının müdüri idi və cəngavər tituluna layiq görülmüşdü.1893-cü ildə Mansfild ailəsi Torndondan Karoriyə köçür.Katerina burada uşaqlığının ən xoşbəxt illərini keçirir.Sonralara Prelüd hekayəsində bu illərdən yazır. 9 yaşında "Enna Blake" adlı ilk hekayəsi çap olunur. 1903-cü ildə Queens College-ə daxil olur və bacıları ilə birgə Londonda köçür.Burada Cənubi Afrikadan olan yazıçı İda Beyker(Lesli Mur kimi də tanınır) ilə tanış olur və ömrünün axırına qədər dost qalır. Mansfild 1903-1906-cı illər arasında Belçika və AlmaniyayIa səyahət edir.Almaniyada olduğu müddətdə Anton Çexovun əsərləri ilə tanış olur.İngiltərədə təhsilini başa vurduqdan sonra Zelandiyaya qayıdır və qısa hekayələr yazmağa başlayır.2 il sonra yenidən Londona qayıdır.Atası ona illik 100 sterlinq göndərirdi. Həm qadınlar,həm də kişilərlə sevgi münasibətləri oldu.İlk qadın sevgilisi Maorili Maata Mahupuku(bəzən Marta Qreys kimi də tanınır) olmuşdur.Özü tez-tez Maatanı Şarlotta deyə çağırırdı.Maata haqqında bir neçə qısa hekayəsində də yazdı.Maata 1907-ci ildə evləndi.Katrinin ikinci belə münasibəti Edif Katlin Bendal ilə oldu.Bu münasibət 1906-1908-ci illər arasında davam etdi.Sonralar Beatris Hastinqslə sevgili olur. İlk evliliyini 1909-cu ildə Corc Braunla edir.Amma həmin gün Corcu tərk edir.1918-ci ildə Katrin Con Midlton Marri ilə evlənir. I Dünya Müharbəsində sevimli qardaşı "Çammi"nin ölümündən sonra yaradıcılığında Zelandiyadakı uşaqlıq illərinə sığındı.Daha çox nostalgiyaya yer verdi.Mansfildin ailəsi ilə bağlı xatirələri Bliss(1920) hekayələr kitabında yer alır.Həyatı boyu sadəcə 3 hekayələr kitabı nəşr olunur. Əsərlərinin çoxu ölümündən sonra ikinci həyat yoldaşı tərəfindən çap olunur,halbuki özü əsərlərinin yandırılmasını vəsiyyət etmişdi. Şəxsiyyətinin bəzi yönləri Lavrensin,Oldos Hakslinin,Fransis Karlonun və Konrad Aykenin bəzi əsərlərindəki obrazlar üçün ilham mənbəyi olmuşdur.
Mansfild parkı
Mansfild parkı — Ceyn Ostinin üçüncü yazdığı romanı. 1814-cü ildə nəşr edilmişdir. Romanda əvvəllər diqqətçəkməyən, özünəqapanmış bir qız olan Fanni Praysın əsl qəhrəmana çevrilməsi və bu müddət ərzində özünü Bertram ailəsinə qəbul etdirmək üçün apardığı mübarizədən bəhs edilir. Roman ilk dəfə Tomas Eqerton tərəfindən nəşr edilib. İkinci nəşri isə 1816-cı ildə Con Mörrey tərəfindən olunmuşdur. Kitab ilk dəfə nəşr edildikdə tənqidçilər tərəfindən heç bir diqqət almadı, ilk dəfə 1821-ci ildə kitab haqqında ilk tənqidi mövqe bildirildi. 20-ci illərdən sonra isə tənqidçilərin mövqeyi mübahisəli olmağa başladı. 21-ci əsrdə fəaliyyət göstərən yazıçı Paula Birne bu əsəri Ceyn Ostinin ən gözəl romanlarında biri adlandırdı. Lakin Mansfild parkı romanında Britaniyada köləlik haqqında qısa məlumat veridlyi üçün Ostinin ən mübahisəli əsərlərindən biri hesab olunur. Romanın iki ədəd film versiyası var: Birinci versiyası 1999-cu ildə, ikinci versiyası isə 2007-ci ildə çəkilmişdir.